Həzrət Peyğəmbər (s) buyurur: "Namaz - xeymənin sütunu kimidir. Nə zaman sütun sabit olarsa kəndirlər, pərdələr və mıxlar sabit və faydalı olar. Nə zaman sütun sınarsa və tökülərsə, nə mıx faydalı olar, nə kəndirin yararı olar, nə də pərdələr təsir qoyar".
Namazda libasın da dəyərliliyi var.
İslam dininin nəzərinə görə, namaz - dinimizin sütunudur. Və bu sırada, namazda geyinilən libasa da xüsusi əhəmiyyət verilir.
İsmayil ibni Əli nəql edir: "İmam Rza (ə) qardaşıma bir libas hədiyyə edib buyurmuşdu: "Bu libasın qədrini bil! Onu yaxşı saxla. Mən onunla min gecə, min rükət namaz qılmışam və onunla min dəfə Quranı xətm etmişəm"".