Nəql edirlər ki, Əmirəl-möminin (ə) bir dərzini müşahidə edirdi ki, dərziliklə məşğul idi. Həzrət (ə) görür ki, dərzi tikişləri çox aralı vurur və parçanın qalan hissəsinə israf edirdi. Vurduğu tikişlər də möhkəm və sabit deyildi.
Əziz İmam (ə) üzünü ona çevirir və buyurur: "Ey dərzi! Tikişlərini möhkəm vur. Tikişlərini də yaxın və nazik vur. Çünki mən Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: "Xain dərzi (paltarı yaxşı tikməyən və parçanın qalıqlarını sahibinə qaytarmayan) o halda məhşur olacaqdır ki, əynində atəşli libaslar və tikdiyi və xəyanət etdiyi qəbalar olacaqdır".