Allah dərgahında insanların nəsəbləri və nəsillərinin ad-şana malik olması deyil, iman və təqvası mühümdür.
Allah Ona iman gətirib, Onun buyurduqlarını yerinə yetirən və haramlarından çəkinən bəndələrini sevir. İlahi övliyalar davamlı olaraq insanları xəbərdar edirdi ki, şəfaətə arxayın olaraq, saleh əməllərdən əl çəkməsinləır və yanlış ümidlərə qapılmasınlar.
Hər kim şəfaət olunmaq istəyirsə, gərək ona ləyaqəti olsun. İmam Baqir (ə) uzun bir xütbə dedikdən sonra buyurmuşdur ki, "Allahın heç kimlə qohuluq əlaqəsi yoxdur.
Hər kim itaət və təqvada başqalarını qabaqlayarsa, Allah yanında onun məqamı uca olar. Əhli-Beyt (ə) vilayətindən bəhrələnmək isə ancaq əməl və Allah qorxusu ilə əldə olunar".
İmam Sadiq (ə) həyatının son anlarında həyat yoldaşı Ümmi Həmidədən istəyir ki, bütün qohumlarını başının üstündə hazır etsin. Hamı gəldi ki, İmamın (ə) son buyuruşunu eşitsin.
İmam (ə) onlara nəzər saldı və buyurdu: "O kəs ki, namazı yüngül hesab edər, bizim şəfaətimizə layiq deyildir".
Bəzi hədislərdə oxuyuruq ki, hər kimdə bu dörd sifət olar, şəfaətə daha yaxın olar:
1. Doğru danışmaq.
2. Əmanətdarlıq.
3. Xoş əxlaq.
4. İnsanları sevmək".
Hədislərimizdə şəfaət olunanların bəzi şərtləri bəyan edilmişdir ki, onlara nəzər salaq:
1. Allaha şirk bəsləməmək.
2. Əhli-Beytlə (ə) düşmən olmamaq.
3. Namazı yüngül hesab etməmək.
4. Peyğəmbərin (s) şəfaətini inkar etməmək. (İslami saytlara istinadən)
Allah Təala bizləri şəfaətə layiq olanlardan qərar versin, inşəallah!