Harvardın tibb universitetinin alimləri, vaxtından əvvəl ölüm riskini azaltmağa vasitə olan mexanizmi aşkar ediblər.
Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bu, iltihab əleyhinə molekulların hazırlanmasının köməkliyi ilə baş verir. Lakin gecə yuxusunun ödənilməməsi nəticəsində, bu proses zəifləyərək vaxtından əvvəl ölüm təhlükəsini artırmış olur.
Tədqiqat aparılan zaman, ateroskleroza ( elastik tipli əzələ və arteriyanın xroniki xəstəliyi) meyilli olan, ginetik modifikasiya olunmuş sıçanlardan istifədə olunmuşdur.
Hər iki qrup siçanlara yuxuyla bağlı fərqli rejimlər təyin olmuşdur. Yuxu rejimi pozularaq depresiya keçirmiş siçanların orqanizmində iltihab prosesləri artmışdır.
Aparılan tədqiqat, normal gecə yuxusuna malik olan insanların orqanizmində iltihab yaradan proseslərin azalması nəticəsində uzun ömürlü olmasına əsas verir.