İmam Əli buyurub: "Ölümlərin ən yaxşısı qətlə yetirilməkdir. Əgər qətlə yetirilməsəniz də, axırda öləcəksiniz. Canım əlində olan Allaha and olsun ki, mənim gözümdə başına min qılınc zərbəsi dəyməklə öldürülmək Allaha ibadət etmədən rahat yataqda ölməkdən daha yüngüldür". İmamın bu hədisi şəhidlərə verilən özünəməxsus imtiyazlara görədir.
İslaminSesi -Hədislərə əsasən, bəndənin nail ola biləcəyi bütün yaxşılıqlardan (savablardan) daha üstün bir yaxşılıq var. Ən böyük yaxşılıq isə budur ki, insan Allah yolunda savaşıb şəhid olsun. Bundan üstün bir savab azdır.
Buyurulub ki, şəhidin qanının ilk damlası axıdılanda borcdan başqa bütün günahları silinər
Cənnətə daxil olan heç kəs, hətta bütün dünyanın nemətləri ona verilsə belə, cənnətdən çıxıb bir daha bu dünyaya qayıtmaq istəməz. Yalnız şəhid. O Allahdan o qədər mükafat görər ki, bunların əvəzini vermək üçün dəfələrlə dünyaya qayıdıb öldürülməyi arzu edər
Muttəqi Hindi Kənzul-Ummal əsərində şəhidlərin üstünlüyü barədə bir hədis nəql edib. Peyğəmbərdən nəql edilən bu hədisdə şəhidlərin digər insanlara olan 6 imatiyazı haqda söhbət açılıb
Peyğəmbər buyurub:
"Şəhidin ilk damla qanı yerə düşəndə ona 6 üstünlük verilər: Bütün xətaları bağışlanar, O bu zaman cənnətdəki oturacağını görəcək, O cənnətdə huri əl-eynlə izdivac edəcək, Qiyamət gününün qorxulu sədasından amanda qalacaq, Qəbr əzabından qurtulacaq və imanlı insan kimi zinətlənəcək"