Müəyyən əks göstərişləri olan insanlar rasionlarına bal daxil etməməlidirlər, bəzən bu məhsul tamamilə sağlam bir insan üçün də zərərli olur.
Bu barədə rusiyalı diyetoloq Yelena Solomatina danışıb. Bal eyni karbohidrat olduğu üçün şəkərə çox bənzəyir: tərkibində mikro və makro elementlər, amin turşuları və fermentlər olmasına baxmayaraq məhsul yüksək qlisemik indeksə malikdir.
"Artıq çəkisi, insulin müqaviməti və ya şəkərli diabeti olan insanlar üçün bal təhlükəli məhsuldur. Ballı isti çayın özü sağlamlıq üçün təhlükəlidir. Soyuq havaya çıxmazdan əvvəl onu içkiyə əlavə etməyin, soyuqdəymə riskini artıra bilər", - həkim qeyd edib.
Bal qızdırıldıqda bu təam kanserogenlər əmələ gətirir: məhsul faydalarını itirir və yalnız şəkərə çevrilmir, həm də zəhərli xüsusiyyətləri üzə çıxır. Diyetoloq belə qənaətə gəlib ki, gündə bir neçə çay qaşığı bal sağlam insan üçün norma hesab edilə bilər.