Bütün xanımlar daha həcmli və uzun kirpiklərə sahib olmaq istəyir. Lakin gündəlik makiyaj onların tökülməsinə səbəb ola bilər.
Ev şəraitində kirpikləri uzatmağa yardım edəcək maskaları təqdim edir.
Tərkibi:
Gənəgərçək yağı- 1 xörək qaşığı
Kokos yağı - 1 çay qaşığı
Vitamin E yağı - ½ çay qaşığı
Göz makiyajını tam təmizlədikdən sonra qarışımı kirpiklərinizə çəkin. Bu üsuldan bir ay ərzində istifadə edərək nəticəni əldə edə bilərsiniz. Bu qarışımı qaşlarınızda da tətbiq edə bilərsiniz.
Tərkibi:
Kokos yağı - 2 xörək qaşığı
Lavanda efir yağı - 1 və ya 2 damcı
Makiyajı tam sildikdən sonra tuş vasitəsilə qarışımı kirpiklərinizə çəkin. 4-5 həftə ərzində daha uzun kirpiklərə sahib ola biləcəksiniz.
Tərkibi:
Aloe vera geli - 3 çay qaşığı
Gənəgərçək yağı - 1 çay qaşığı
Vitamin E yağı - ½ çay qaşığı
Bu qarışımdan 6 həftə ərzində istifadə kirpiklərinizi daha həcmli və uzun edəcəkdir.
Bir neçə həftə zeytun yağı və ya vazelindən istifadə də kirpiklərinizi daha həcmli edə bilər.