Vaqiə surəsi Məkkədə nazil olub. 96 ayədən ibarətdir. Barəsində misilsiz fəzilətlər qeyd edilib.
Vaqiə surəsinin cümə axşamı tilavət edilməsi ilə bağlı hədislər vardır ki, surənin misilsiz fəzilətlərini önə çəkir.
Səvabul-Əmal əsərində İmam Sadiqdən (ə) bu surənin cümə axşamı günündə oxunması barədə maraqlı bir hədis vardır:
"Hər kəs cümə axşamı gecəsi Vaqiə surəsini oxusa Allah onu sevər və insanlara sevdirər. O dünyada qorxu , yoxsulluq və bəla görməz, qiyamətdə Əmirəl-möminin Əlinin yoldaşlarından olacaq. Bu surə Əmirəl-mömininə məxsusdur heç kəs bu məsələdə imamla şərik ola bilməz"
Qeyd edək ki, surəni oxumaq dedikdə onu başa düşmək, tədəbbür etmək və onun göstərişlərinə əməl etmək də şamil olunur.