Rəvayətdir ki, səhabələrdən bir dəstəsi Peyğəmbər (s)-in yanına gəlib vəsvəsədən şikayət edib dedilər:
-"Ya Rəsuləllah! Biz namaz qılarkən şeytan gəlib bizi çaşdırır."
Peyğəmbər(s) onlara buyurdu:
-"Bu şeytanın adı " Xinzəb"-dir. Elə ki, onun vəsvəsəsini hiss etdiniz Allaha pənah aparın və " Əuzu billahi min Xinzəb" deyin. Sonra üç dəfə sol tərəfinizə tüpürün."
Səhabələr Peyğəmbər (s)-in buyurduğuna əməl etdikdən sonra vəsvəsə onlardan çəkildi.