Yetkin insanlarda əllərin əsməsi əsasən beyincik neyronlarının, bazal nüvəciklərin və talamokortikal əlaqələrin hiperaktivliyi nəticəsində baş verir. Xəstəlik adətən monosimptom hal kimi qiymətləndirilir. Onun yeganə təzahürü hərəkət zamanı və eyni vəziyyətdə dayanarkən əllərin əsməsi olur. Bu tip tremor mil-bilək, əl darağı-falanqa oynaqlarını əhatə edir, onun tezliyi 8-10 Hz olur.
Yuxarı ətrafların tremoru ilə yanaşı pasiyentlərdə səsin, başın, bəzən isə bədənin digər hissələrinin də əsməsi müşahidə olunur. Həyəcan, fiziki və əqli gərginlik tremoru gücləndirir. Zamanla əsmənin intensivliyi azala, amplitudu isə arta bilər. Bəzi xəstələrdə yüngül dərəcəkli nevroloji əlamətlər: koqnitiv pozğunluqlar, "dişcikli təkər" sindromu qeydə alınır.
Əllərin tremorunda müalicə taktikası onun səbəbindən asılı olur. Güclü fizioloji əsmə provokasiyaedici faktorun aradan qaldırılması ilə itir. Patoloji variantlarda isə aktiv terapiya tələb olunur. Medikamentoz korreksiya simptomatik və yaxud patogenetik xarakter daşıyır.