Ev şəraitində hazırlanan maskalarla güclü və parlaq saçlara sahib ola bilərsiniz.
Avokado maskasını təqdim edir.
Yarım avokado, 1 yumurta sarısı, 1 yemək qaşığı bal və 1 yemək qaşığı zeytun yağını qarışdırın. Alınan məhlulu nəm saçlarınıza çəkin. Daha sonra saçınızı dəsmalla bağlayıb, üzərindən fenlə 10 dəqiqə qurudun. Qurutduqdan sonra 20 dəqiqə gözləyib, saçlarınızı yuya bilərsiniz.