Rusiyalı müğğəni Olqa Buzova dəfələrlə şou-biznesdə nifrətlə qarşılaşıb və ona əhəmiyyət verməməyə çalışıb. İndi Olqa susmaq fikrində deyil.
Buzova dirək rəqsi ilə fəal məşğul olur və məşq videolarını abunəçiləri ilə paylaşır.
Bu yaxınlarda etdiyi paylaşımda yazılan şərhlər isə onu çox qəzəbləndirib.
Düzdür şərhlər arasında tərif olsa da bunların arasında son dərəcə xoşagəlməz olanları da var. Olqanın sözlərinə görə, o, şərhləri oxuyaraq dəhşətə gəlib:
"Bu qədər nifrət hardandır? Özünüz üçün yeni bir şey edirsiniz? Mən nə vaxtsa "pole dance" peşəkarıyam demişəm? Oxuyuram, inkişaf edirəm, idmanla məşğul oluram, özümü yaxşı formada saxlayıram, daha yaxşı olmaq üçün hər gün öz üzərimdə çalışıram! Mən başqalarını motivasiya etmək üçün kiçik nailiyyətləri paylaşıram",- deyə müğənni bildirib.
Olqa şərh yazan izləyicilərinə formada olmadığını bildirib və bunun üçün rəqs edərək formada qalmağa çalışdığını deyib.
"Əgər bəyənmirsənsə davam et! Baxma! Elə deyilmi?!" - deyə 36 yaşlı televiziya ulduzu şəxsi bloqunda qəzəblənib.
Xatırladaq ki, bir müddət əvvəl Olqa əlində zədə almışdı.