Rəqqasə Fatimə Fətəliyeva "Həmin Zaur" verilişində qonaq olub.
Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canananı öz doğum günündən uzaqlaşdıran rəqqasə yaşanan qalmaqaldan danışıb. Fatimə aparıcı Zaur Kamalın "Onlar barışdılar, amma sən pis vəziyyətdə qaldın" sözlərinə belə cavab verib:
"Bilmirən niyə, amma inanmıram ki, səmimi barışıqdır. Öz fikrimdir, heç kimin yerinə danışa bilmərəm".
Növbəti ad gününü təmtəraqlı şəkildə keçirəcəyini bildirən rəqqasə oğluna gələn il toy edəcəyini də vurğulayıb.
Qeyd edək ki, Kərim və Canana ötən ilin oktyabrında rəsmi olaraq boşanıb. Üç uşaq anadan alınaraq ataya verilmişdi.