Az yatmaq qısa bir zamanda insan bədəninə aradan qaldıra bilməyən təsirlər qoya bilər. İnsan öz sağlamlığını təhlükəyə salar.
Yəqin ki, bu hal sizin də başınıza gəlib ki, işinizin çox olmasına görə gecəni yata bilməmisiniz. Ancaq əgər bilsəniz ki, yuxusuzluq sizin bədəninizlə nə edir, o zaman heç bir zaman yuxusuz qalmazdınız. Əsnəmək yaxşıdır, ancaq əgər bir-birinin ardınca çox əsnəyirsinizsə, bədəniniz sizə nə isə demək istəyir.
Yuxusuzluq və az yatmaq bədənin ümumi sağlamlığına mənfi təsirlər qoyar. Zaman keçdikcə, siz daha ciddi problemlərlə üzləşəcəksiniz. Həyat keyfiyyətiniz aşağı düşəcəkdir. Daimi yorğunluq hissi sizi əldən salacaqdır və bir müddət sonra bu halı aradan qaldırmaq mümkünsüz olacaqdır.
Az yatmağın sağlamlığımıza vurduğu ziyanları tanıyaq:
1. Az yatmaq tədricən insanda ürək xəstəliklərinə yol açar və həyat keyfiyyətini aşağı salar.
2. Az yatmaq beyin fəaliyyətində çətinliklər yaradar və hafizəni kütləşdirər.
3. Yuxusuzluq sizi hövsələsiz, yorğun, həssas, tez inciyən və pis əxlaqlı edər. Hətta özünüzü kontrol etməyi belə əldən verərsiniz.
4. Yuxusuzluq yol qəzalarına yol açar və qəzaların olmaq ehtimalını yüksəldər.
5. Yuxusuzluq diqqəti toplamağı zəiflədər.
6. Yuxusuzluq immun sistemini zəiflədər və çox rahatlıqla xəstələnərsiniz.
7. Yuxusuzluq hətta intihara gətirib çıxarda bilər.
8. Əgər uzun müddət yaxşı yatmağı bacarmamısınızsa, gün ərzində çox hallarda mürgüləyərsiniz. Gündəlik işləriniz axsayar və həssas işlərdə problemlərlə üzləşərsiniz.
9. Əgər sizin qan təzqiyiniz yuxarıdırsa, yuxusuzluq onu daha da qaldırar.
10. Yuxusuzluq yeməkdən sonra bədəninizdə xaric olan insulinə təsir edər. Ona görə də diabet xəstəliyi riskinə məruz qalarsınız.