Qışın həm soyuq havası, həm də virusların çox olması immuniteti zəiflədir. Yaxşı qidalanmaq təkcə immuniteti gücləndirmir, sizi depressiyadan qoruyur və sağlam qalmağınıza kömək edir.
Yaxşı qidalanmaq dedikdə, yağlı, kalorisi bol olan yeməklər nəzərdə tutulmur.
Çalışın qidalanan zaman vitaminlərdən çox istifadə edəsiniz. Soyuq hava orqanizmi zəiflədir. İlk növbədə çalışın havaların soyuq olmasına baxmayaraq hərəkətli gün keçirin. Təmiz havada ən az 30 dəqiqə gəzin.
Tərəvəzlərdən hazırlanan şorbalar için. Vitaminlər, lif və minerallar orqanizm üçün vacib amillərdir. Bunlar xroniki xəstəliklərin də qarşısını alacaq. Turp, fındıq, kələm, pomidor qəbul edə bilərsiniz.
Mövsümə uyğun tərəvəzlərlə çorba hazırlayın, çalışın zeytun yağından istifadə edəsiniz. Balqabaq, qırmızı soğan, zəncəfili bol suda qaynadın. Üzərinə bir az zeytun yağı qatıb, azca duz və qarabibər əlavə edin. İstəsəniz blenderlə əzə də bilərsiniz. Bu sizi həm sağlam saxlayacaq, həm də formada saxlayacaq.
Günəş işığının az olması sizi depressiyaya salacaq. Depressiya riskini ən aşağı səviyyəyə endirmək üçün Omeqa 3 mütləqdir. Bunu isə balıq, kətan toxumu və qozla qarşılaya bilərsiniz. Eyni zamanda formada qalmaq üçün avokado, yumurta və yulaf da yeyə bilərsiniz.
Güclü immunitet üçün C vitamini və sink mütləqdir. Buna görə də cəfəri, çiyələk, kivi, brokolli, portağal, balqabaq tumu, küncüd yeməniz məsləhətdir.