Min bir dərdin dərmanı olan çörəkotunun faydaları saymaqla bitmir. Toxumları ilə çoxalan bitki növü olan çörəkotunun faydalarına qəbizliyi aradan qaldırmaq, yaraları sağaltmaq, baş ağrısını və qan şəkərinin miqdarını azaltmaq, iltihab əleyhinə xüsusiyyətlər daxildir.
Zəngin vitaminləri və zülalları sayəsində bir çox xəstəlik əleyhinə faydalı olan çörəkotunun yağı da möcüzəvi xüsusiyyəti özündə cəmləşdirir.
Xərçəng hüceyrələrinin inkişafını və bədənə yayılmasının qarşısını alan çörəkotunun başlıca təsir etdiyi əsas xəstəliklər arasında qaraciyər, döş və prostat xərçəngi də var.
Bəs çörəkotunun digər faydaları nələrdir? Onun yağı necə istifadə olunur?
Bu bitki həmçinin, quru öskürək, qrip və revmatik xəstəliklərə qarşı da effektiv təsir göstərir. Daxilindəki timokinon maddəsi şəkərli diabet, xolesterol, sədəf və ekzema, allergiya, Altsheymer və həzm problemləri üçün faydalıdır.
Gərəksiz dərman istifadəsi, alkoqol və siqaret istehlakı qaraciyərdə narahatlıq yaradır. Çörəkotu yağı qaraciyər xəstəliklərinin müalicəsində əhəmiyyətli rola sahibdir. Bu yağ bakteriyaları öldürmə qabiliyyətinə sahib olması ilə yanaşı, tərkibindəki turşular və antioksidantlar dəri sağlamlığına olduqca faydalıdır.
Medicina.az çörəkotunun əsas faydalarının siyahısını təqdim edir:
1. İmmunitet sistemini gücləndirir
2. İltihab əleyhinə effektivdir
3. Diş ağrısını kəsir
4. Quru öskürək və bronxit zamanı faydalıdır
5. Qan şəkərini azaldır
6. Qastrit və xora xəstəliyi üçün faydalıdır
7. Astma xəstələri üçün faydalı olduğu deyilir
8. Xərçəng hüceyrələrinin inkişafını və bədənə yayılmasının qarşısını alır
9. Ürək-damar sistemini qoruyur
10. Mədə xəstəliklərinin qarşısını alır
11. Oynaq ağrıları və revmatizm üçün faydalıdır
12. Siniri sakitləşdirir
13. Yorğunluğu aradan qaldırır
14. Yaraları sağaldır
15. Qəbizliyi aradan qaldırır
16. Qan dövranı sisteminə faydalıdır
17. Doğuş edən analarda südü artırır
18. Baş ağrısını azaltmağa imkan verir