2009-cu ildə ekranlara çıxan və bütün dünyada fenomenə çevrilən "Avatar"ın maraqla gözlənilən davamı ilə bağlı təfərrüatlar bəlli olub.
Rejissoru Ceyms Kemeronun olacağı ekran işinin premyerası ilin sonunda, dekabrın 16-da olacaq.
Sözügedən layihənin adı "Avatar: The Way of Water" olacaq.
Film 2019-cu ildə 20th Century Fox-u satın alan Disney tərəfindən istehsal olunacaq.