40 yaşdan sonra qocalma prosesi ilə əlaqədar dəridə də dəyişikliklər başlayır. Məhz bu yaşdan sonra göz qapaqlarında sallanmalar yaranır.
Buna görə də 40 yaşdan gec olmayaraq dəriyə qulluq etməyə başlamaq yaxşı olardı.
Ev şəraitində tətbiq edə biləcəyiniz bir çox sadə proseduralarla bu problemi aradan qaldıra bilərsiniz.
Göz qapaqlarının sallanmasının qarşısını alan reseptləri təqdim edir:
Maskanı tətbiq etməzdən əvvəl kiçik bir qaydanı yadda saxlayın: əgər gecələr pis yatırsınızsa, o zaman sizə heç bir maska kömək edə bilməyəcək. Məhz normal yatmamaq xarici görünüşə pis təsir göstərir.
Tələb olunanlar:
• 2 yumurta sarısı
• 1 x/q zeytun yağı
İstifadəsi:
1. İnqrediyentləri bircinsli məhlul əmələ gələnə qədər qarışdırın.
2. Alınan kütləni göz qapaqlarına çəkərək 10-15 dəqiqə saxlayın.
3. Daha sonra su ilə yuyun.
4. Daha sonra maskanı yenə də qapaqlara çəkərək 5 dəqiqə saxlayın.
5. Bundan sonra maskanı su ilə yuyaraq 30 dəqiqə müddətində gözləriniz bağlı halda uzanın.
Bu proseduru həftədə 2 dəfə etsəniz, ən azından 50 yaşına kimi sallanmış göz qapaqları problemindən azad olacaqsınız.