Konsertlərdə, verlişlərdə dəbli libasları ilə görüntülənən məşhurlar bu dəfə təbii halları ilə obyektivlərə yaxalanıblar.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, səhnədə parlayan ulduzları gündəlik geyimləri ilə birlikdə təqdim edir:
Model Kendal Cenner Los-Ancelesdə yeni kolleksiyasının təqdimat mərasimində görüntülənib. O, rəngli uzun paltarını yaşıl çantası ilə tamamlayıb.
Amerikalı model Lori Harvey pilates məşqindən çıxarkən kameralara yaxalanıb. Harveyin kombini "Louis Vuitton" çanta və siyah günəş eynəyi ilə diqqət çəkib.
Alman aktrisa və model Dayan Kruqer Cimmi Kimmelin verlişinə gedərkən görüntülənib. Aktrisa qısa pencəyini böyük bir boyunbağı ilə kombin edərək cəlbedici bir tərz yarada bilib.
Alessandra Ambrosio Beverli Hillsdə görüntülənib. Məşhur model kombinində qəhvəyi köynək, cins şort və idman ayaqqabısına üstünlük verib.
Amerikalı aktrisa və model Luci Heyl Los-Ancelesdə dostu ilə birlikdə gəzinti zamanı kameralara düşüb. Heyl yaşıl trikotaj idman forması ilə ön planda idi.
Kolumbiyalı aktrisa Sofiya Verqara münsiflər heyətinin üzvü olduğu istedad şousuna gedərkən görüntülənib. Verqara çəhrayı sviteri və "Dior" çantası ilə diqqət çəkib.
Kanadalı aktyor Coşua Cekson Hollivudda keçirilən tədbirlərin birindən çıxarkən şıq kostyumu ilə kameralara yaxalanıb.