Həkim və teleaparıcı Aleksandr Myasnikov "Rossiya 1" kanalının "О самом главном" verilişinin efirində baş ağrılarının bilinməyən səbəblərinə toxunub.
Mütəxəssisin sözlərinə görə, oynaqlarda problemlər və dayaq-hərəkət ağrıları səbəbindən də baş ağrıları özünü göstərə bilər.
"Dişlərin problemi üst çənə oynağının problemidir. Yanlış düzülmə səbəbindən baş və qulaq ağrıya bilər, yəni kobud desək, oynaqlarda problemlər yarana bilər", - həkim baş ağrısının səbəblərindən birini dilə gətirib.
Mütəxəssis baş ağrılarını aradan qaldırmaq üçün qamətimizə diqqət etməyi tövsiyə edib. Myasnikov hesab edir ki, insanın hansı yastıqda yatması da baş ağrılarına yol açır.
Həkimin sözlərinə görə, kəskin ağrılar zamanı başa soyuq kompres qoymaq lazımdır: "Baş ağrısı üçün ən yaxşı müalicə hərəkət və stresslə mübarizə qabiliyyətidir".