Uca Allah, orucu pozan halların nələr olduğunu Qurani Kərimdə göstərməkdədir:
"Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz öz nəfsinizin tələbinə dözə bilmirsiniz. Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq onlara yaxınlaşın və Allahın sizin üçün bəyəndiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ ip (şəfəq) qara ipdən (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın sərhədləridir, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə çəkinərlər." (Bəqərə, 2/187).
Bu ayədən görürük ki, oruç; gündüz vaxtı yemək-içmək və cinsi əlaqəyə girməklə pozulur.
Oruclu olan biri bilməyərək və ya unudaraq bir şey yeyər ya da içərsə, xatırladığı an yemək içməyi tərk etsin və orucuna davam etsin. Əgər xatırladığı halda məhəl qoymayıb yemək içməyə davam edərsə, o təqdirdə orucu pozulur.