Qəbul elədiyimiz hər qidanın orqanizmə bir cür təsiri vardır. Yediyimiz yeməklər, meyvə- tərəvəz bunların hərəsinin özünəməxsus tərkibi bizlərə müxtəlif cür təsir edir. İçdiyimiz çaylar da bədənimizə təsirsiz ötüşmür.Ona görə də qidamıza daıma nəzarət eləməliyik,o cümlədən içdiyimiz çaylara da həmçini. Gün ərzində bir neçə stəkan çay içdiyimizi nəzərə alsaq belə qənaətə gələrik ki, çay bizim sağlamlığımızda mühüm rol oynayır. Bu gün mən sizə bir neçə bitki çayı haqqında məlumat vermək istəyirəm.
KƏKLİKOTU- xüsusi ətri olan bir bitkidir. Onun çayının da ətri gözəl olmaqla yanaşı antimikrob təsir göstərir. Boğaz infeksiyalarında,ağız gəlməsində çox faydalıdır. Xalq təbabətində mədə və baş ağrılarında istifadə olunur. İnsan orqanizmində göbələk əleyhinə də təsirli olduğu söylənilir. Qanda xolesteronu və şəkəri aşağı salır.
ADAÇAYI antibiotik və antiseptik təsirə malik çaydır. Diş əti xəstəliklərində, diş iltihablarında, ağız yaraları üçün çox faydalıdır. Xalq təbəbətində sakitləşdirici, ağrı kəsici, tər əleyhinə, bəlğəm gətirici kimi istifadə olunur.
DƏFNƏ meyvələrindən dəmlənən çay qadın xəstəliklərinin müalicəsində, doğuş ağrılarının azaldılmasında isifadəsi faydalıdır.
NANƏ çayı gözəl ətri olmaqla yanaşı spazmollitik təsirə malikdir. Ağrıkəsici, sakitləşdirici, qaz çıxarıcı , mədə bulanmasını kəsici təsirə malikdir. Ürəksərinləşdirici təsirə malikdir.
ÇOBANYASTIĞI çayı işlətməkəsici, aybaşı ağrıları əleyhinə, bağırsaq infeksiyalarınin müalicəsində əvəzsizdir.
MELİSSA çayı tərlədici ,qazçıxarıcı, sakitləşdirici təsirə malikdir.
LİMON çayı vitaminlərlə zəngindir. Təzyiqi aşağı salır, həzmi sürətləndirir.