Müğənni Gökhan Özenin həbsi tələb olunub.
Buna səbəb sənətçinin keçmiş qayınatası, sabiq nazir Mehmet Sevigen barəsində sosial şəbəkələrdə post paylaşması olub.
Bir müddət əvvəl məhkəmə uduzan sənətçiyə daha bir iddia qaldırılıb.
Hazırda ABŞ-da yaşayan Gökhanın ifadəsi alınmayıb. Bildirilib ki, Gökhan Özen haqqında prokurorluq həbs qərarı çıxarsa da, vəkilləri Özenin xaricdən gələcəyini bildirərək həbsin ləğvini istəyib.