Qeydiyyat

Sekiller, Sevgi, Maraqli, Menali, Yukle, Profil,

Yazili Sekiller, Sekiller Yukle, Profil Sekilleri, Sevgi Sekilleri, Sekil Yukle, Maraqli Sekiller, Menali Sekiller, Profil Ucun, Status Sekilleri,

Yuxuda Peyğəmbərimizi görən həqiqətən Onu görmüş sayılır

351



Yuxuda Peyğəmbər əfəndimiz Muhamməd əleyhissalamı həqiqi şəkliylə görən, həqiqətən Onu görmüş deməkdir. Çünki şeytan Onun şəklinə girə bilməz. Lakin şeytan başqa şəklə girib görünə bilər. Rəsulullah əfəndimizi tanımayan insan bunu asanlıqla ayıra bilməz.

Bəzi alimlər də, "Peyğəmbər əfəndimizi fərqli şəkildə görmək, yenə Onu görmək sayılır. Ancaq bu, o insanın dindəki nöqsanlığına əlamətdir. Peyğəmbər əfəndimizi yuxuda həqiqi şəkliylə görən və mömin olaraq ölən hər kəs Cənnətə gedəcək" buyurmuşdur.

Hədisi-şəriflərdə buyuruldu ki:
"Məni yuxuda görən, həqiqətən məni görmüşdür. Mən hər surətdə görünürəm." [Deyləmi]
"Məni yuxuda görən, həqiqətən məni görmüşdür. Çünki şeytan mənim şəklimə girə bilməz. Əbu Bəkri Siddiqi görən də, həqiqətən onu görmüşdür. Şeytan onun da surətinə girə bilməz." [Hatib]
"Məni yuxuda görən oyaq vaxtı görmüş kimidir." [İbni Macə]
"Məni yuxuda görən Cəhənnəmə girməz." [İbni Asakir]

Əbdülqani Nablüsi həzrətləri buyurur ki:
İbni Sirinə görə, yuxunu görən Rəsulullahı vəfatı zamanında olduğu şəkildə görmüşsə, deməli həqiqətən onu görmüş deməkdir. İbni Ərəbi həzrətləri kimi bəzi alimlər isə, "Rəsulullahı həyatda olduğu şəkildə görmək şərt deyildir" dedi. Rəsulullahı bilinən xüsusiyyətlərilə görmək, şəxsən Peyğəmbər əfəndimizi görməkdir. Bilinən xüsusiyyətlərdən başqa şəkildə görmək, Rəsulullahın misalını idrak etməkdir.

Peyğəmbərlərin cəsədləri yer dəyişdirməz. Buna görə də Peyğəmbər əfəndimizi olduğu surətdə görmək, Onun həqiqətini idrak etməkdir. Vəsflərindən başqa bir şəkildə görmək isə, misalını idrak etməkdir.

Qazı İyada görə, Rəsulullahı bilinən sifətindən başqa bir şəkildə görənin yuxusu təvilə, təbirə möhtacdır. İmam Nəvəvi isə, "səhih olan yuxunu görən, hər iki surətdə də Rəsulullahı həqiqətən görmüşdür. İstər bilinən sifəti ilə, istərsə bilinən sifətindən başqa bir surətdə görsün" dedi.

Rəsulullahın gənclik, orta yaşlılığı, qocalıq zamanlarında və ömrünün sonunda olan bilinən surət və sifətlərindən biri şəkildə görülən yuxu təbirə möhtac deyildir. Əgər bunlardan birinə bənzəmirsə, təbir lazım olur. Buna görədir ki, bəzi təbirçilərə görə, bir şəxs Rəsulullahı yaşlı görsə, salamatlığa çatmağa, gənc görsə, bu kimsənin yaxşı halda olmasına, şöhrətə nail olmasına və onun düşməninə qalib gəlməsinə dəlalət edir. Təbəssüm etdiyini görsə, yuxu sahibinin sünnəti-səniyəyə tabe olduğuna dəlalət edir.

Rəsulullahı qəzəbli bir şəkildə görmək, o kimsənin halının pis olacağına dəlalət edir. Gözəl bir surətdə görmək, yuxu sahibinin gözəlliyinə, mübarək bədənində nöqsanlıq görmək, yuxunu görənin nöqsanlığına dəlalət edir. Çünki Rəsulullah çox parlaq bir ayna kimidir, hansı ki, o aynaya baxan öz şəklini görür.

Rəsulullahı belə uyğun şəkillərdə görməkdə böyük faydalar vardır. Çünki Rəsulullahı bu halda görməklə yuxunu görənin vəziyyəti bilinir və qəflətdən oyanır. Digər Peyğəmbərləri də yuxuda görmək belədir. Çünki şeytan Peyğəmbərlərin və məlaikənin surətinə girə bilməz. Yuxuda Rəsulullahı görənin halı yaxşı və könlü şən olar. Əgər o şəxs qəmgin və kədərlidirsə, qəm və kədərindən qurtular və ya həbsdədirsə həbsdən çıxar.

Rəsulullahı görənlər mühasirə altında və ya qıtlıq içindədilərsə, onlar bu kimi vəziyyətdən qurtular və məzlum olanları zəfərə qovuşar. Əgər qorxu içindədilərsə, əminliyə çıxarlar.

Rəsuli-əkrəmin təvəccüh göstərdiyini və ya bir şey öyrətdiyini, yaxud namazında ona iqtida etdiyini, yaxud Rəsulullahın gözəl bir şey yedirdiyini və ya layiq bir paltar geyindirdiyini, və ya ona xeyirli dua etdiyini görən, yaxşılığı əmr edən, pisliyi uzaqlaşdıran insan olacaqdır. Yuxunu görən alimdirsə, elmi ilə əməl edəcək. Abiddirsə, feyzə qovuşacaq. Günahkardırsa, tövbə edəcək, kafirdirsə, hidayətə çatacaq.

Yuxu sahibi qorxu içindədirsə, düşmənlərindən əmin-amanlıq olar, ona şəfaət edilər. Çünki Rəsulullah əfəndimiz şəfaət sahibidir.

Yuxuda Rəsulullahı görmək, sözündə doğru və vədində durmağa dəlalət edir. Bəzən də böyük bir dərəcəyə nail olar. Yuxu sahibi səfərdədirsə və quraqlıq çəkilirsə, yağışın yağmasına dəlalət edər. Çünki su olmayan yerdə, Rəsulullahın mübarək barmaqlarının arasından su axmışdı.

Rəsulullah bir yerdə rəngi dəyişmiş və ya bir əzası nöqsan görülərsə, bu yuxu həmin yerdə dinin zəifləməsinə və bidətin meydana çıxmasına dəlalət edir. Rəsulullahın üzərində köhnə geyim görməyin yozması da belədir.

Rəsulullahın vəfat etdiyini görənin, öz qohumlarından şərəfli bir şəxsin vəfatına dəlalət edir. Əgər Rəsuli-əkrəmin bir yerdə cənazəsini görsə, orada böyük bir müsibət olacaq.

Rəsulullahın ona dünya malından və ya yemək-içmək kimi bir şey verdiyini görən, verilən şeyin şərəfi nisbətində çatacağı bir xeyrə dəlalət edir. Bir kimsə yuxuda onun mübarək paltarlarından birini geyinsə və ya Peyğəmbər əfəndimiz ona paltarını versə, o şəxs mülk sahibi olar. Yoxsuldursa, zəngin olar, subaydırsa evlənər.

Rəsulullahın sürmə çəkdiyini görən, dinində saleh olar. Onun çox gözəl olduğunu görmək, yuxu sahibinin çox dindar olduğuna dəlalət edir. Rəsulullahı qarabuğdayı görən, həva və həvəsi tərk edər, tövbə etməyi seçər. Bəyaz bənizli olduğunu görən, Allaha tövbə edər, gözəl əməllər işləyər və yolunu düzəldər.

Rəsulullahın saqqalı-şəriflərinin qara olduğunu və bəyazlıq olmadığını görən, sevinc və böyük bir ucuzluğa qovuşar. Saqqalına ağ qarışdığını görənin qüvvətli olmağına və düşməninə qalib gəlməsinə dəlalət edir.

Rəsuli-əkrəmi onun məscidində və ya hərəmi-səadətində görən, qüvvət, izzət və ucalığa çatar. Rəsulullahın qəbri-şərifini görən zəngin olar, həbsdədirsə qurtular. Qəbri-şərifi ziyarət etdiyini görən, böyük bir mal əldə edər.

Rəsulullahın arxasından getdiyini görənin sünnətə tabe olduğuna dəlalət edər. Rəsulullahı ayaqqabısız görsə, yuxu sahibinin camaatla namazı tərk etdiyindən, ona camaatla namaz qılması üçün əmr etdiyinə dəlalət edər. Rəsulullahın məstlərini geyindiyini görməsi, Rəsulullahın o kimsəyə Allah yolunda cihad etməsi üçün əmr etdiyinə dəlalət edər.

Rəsulullah ilə müsafəha etdiyini görənin, sünnəti-Rəsulullaha tabe olduğuna dəlalət edər. Rəsulullah o adama yuxuda xurma və bal kimi gözəl, xoş bir şeyə qonaq etsə, Qurani-kərimi əzbərləyər və ona verilən şey miqdarında elm əldə edər.

Peyğəmbər əfəndimizin xütbə oxuduğunu görən, yaxşılığı əmr edər və pisliyi uzaqlaşdırar. Rəsulullahın ona bir şey verdiyini görən kimsə, elmə nail və haqqa tabe olar. Rəsulullahın ona verdiyi şeyi almadığını görsə, o şəxs bidət işləyər.

Rəsulullahı hündür boylu bir gənc surətində görmək, insanlar içərisində çıxacaq fitnəyə dəlalət edər. Rəsuli-əkrəmi yaşlı bir şəkildə görsə, insanların afiyətdə olmalarına dəlalət edər. Rəsulullahın yuxunu görən şəxsə qəzəbli və ya onunla mübarizə etdiyini, yaxud səsini onun səsindən daha çox yüksəltdiyini görənin, dində çıxaracağı bir bidətə dəlalət edər. Rəsulullahın hər hansı bir yerdə vəfat etdiyini görən, o il orada vəfat edər.

Peyğəmbər əfəndimizi yuxuda görmək üçün
Peyğəmbər əfəndimizi yuxuda həqiqi şəkliylə görə bilmək üçün düzgün etiqada sahib olmaq, ibadətləri yerinə yetirib haramlardan çəkinmək və çox salavatı-şərifə gətirmək lazımdır. Hədisi-şərifdə buyuruldu ki:
"Cümə gecəsi iki rükət namaz qılıb, hər rükətdə bir Fatihə, bir Ayətəl-Kürsi, 15 İxlas oxuyub salam verdikdən sonra mənə min salavat oxuyan, növbəti Cüməyə çatmadan məni yuxuda görər." [Şira]

Həzrəti Ömər, "Bir mömin Əbhər namazını qılıb, Rəsulullahı yuxusunda görməzsə, mən Ömər deyiləm. And içirəm ki, Allahü təala bu namazı qılanın işini görər, dilədiyini verər, günahı nə qədər çox olsa da, hamısını əfv edər, ölərkən susamaz, qəbrinə çiçəklər döşənər. Qəbrindən qalxarkən də, başına kəramət tacı qoyular" buyurdu. Həzrəti Əli "Rəsulullahı görmək istədiyim zaman Əbhər namazını qılıram" buyurdu.

Əbhər namazı 4 rükətlik nafilə bir namazdır. İkinci rükətdə, oturduqda Əttəhiyyatüdən sonra salli barik oxunur. Hər rükətdə bir Fatihə, on dəfə Qədr surəsi oxunur. Sonra rükudan əvvəl, 15 dəfə Sübhanallahi vəlhamdülillahi vəla ilahə illallahü vallahü əkbər təsbehi oxunur, sonra rükuya gedilir, rükuda 3 dəfə Sübhanə rabbiyəl azım dedikdən sonra 3 dəfə yuxarıdakı təsbeh oxunur. Sonra dikəlib, qavmədə, yəni ayaq üstə eyni təsbeh 3 dəfə daha oxunur. Səcdəyə gedilir, 3 Sübhanə Rabbiyəl aladan sonra, eyni təsbeh 5 dəfə oxunur. Daha sonra ikinci səcdəyə gedilir. İki səcdə arasında təsbeh oxunmaz.

Digər 3 rükət də belə tamamlanır. Salamdan sonra danışmadan Qədr surəsi on dəfə oxunur. Sonra eyni təsbeh 33 dəfə oxunub, Cəzallahü Muhammədən annə ma hüvə əhlühü deyilir.

Rəsulullah əfəndimizi yuxuda görən müsəlman ölənə qədər o halını mühafizə edə bilərsə, Cənnətlikdir.

Rəsulullahı yuxuda görmək
Sual: Bəziləri, "Peyğəmbəri yuxuda gördüm, mənə belə bildirdi" deyərək, dinə zidd şeylər söyləyirlər. Şeytan, Peyğəmbərin şəklinə girə bilmədiyinə görə, bu necə olur?
CAVAB
Birincisi, Rəsulullahı gördüyü yalan ola bilər. İkincisi, dinə zidd olduğuna görə, görülənin Rəsulullah olmadığı dəqiqdir. Şeytan, başqa şəklə girib, mən Peyğəmbərəm deyə yalan söyləyə bilər. Peyğəmbər əfəndimizi tanımayan da, o surəti Rəsulullah zənn edər. İmam Rabbani həzrətləri buyurur ki:
Rəsulullahın həqiqi surətini yuxuda tanıya bilmək çox çətindir. Buna görə yuxulara necə güvənmək olar? Şeytan, Rəsulullahın yüksək şanına yaraşacaq bir şəkildə, o Sərvərin adıyla görünə bilməz. Məlun şeytan, düşmənliyini burada da göstərə bilər. Araya qarışaraq olmayan şeyi olmuş kimi göstərə bilər, yuxu görəni çaşdıra bilər. Öz sözlərini və işarələrini, onun sözləri və işarələri imiş kimi göstərə bilər. Rəsulullah vəfat etdikdən sonra bir insan yuxuda, hiss və duyğuları çalışmadan, yalnız ikən, yuxusunun şeytanın qarışmasından qorunduğunu və onun dəyişdirmədiyini necə anlasın? (1/273)

Rəsulullahı uyğun olmayan bir şəkildə görmək, zatən o şəxsin bidət və ya günah işlədiyini göstərir. Buna görə də yuxuda söyləndi deyilən, dinə zidd sözlərə etibar edilməz. [Məsələn, Şeyx Əhməd vəsiyyətnaməsi adlı yazıda, Rəsulullahı gördüm deyilməsi tamamilə yalandır.]

Peyğəmbər əfəndimizi yuxuda görmək
Sual: Bəzi şəxslər, Peyğəmbər əfəndimizi yuxuda görərək bəzi şeyləri soruşub öyrəndiklərini söyləyirlər. Belə bir şey mümkündürmü və bunlara etibar etmək olarmı?
Cavab: Mövzu ilə əlaqədar İmam Rabbani həzrətləri Məktubat kitabında buyurur ki:
"Rəsulullah əfəndimizin surətini və hələ yuxuda tanıya bilmək çox çətin olduğu meydandadır. Buna görə yuxulara necə güvənmək olar? Alimlərin çoxunun dediyinə tabe olaraq, Rəsulullah əfəndimizin yüksək şanına yaraşacaq üzrə, şeytanın heç bir şəkildə o Sərvərin adı ilə görünə bilməyəcəyini söyləsək, o surətdən əmrlər almaq və onun bəyənib-bəyənmədiyini anlamaq asan deyildir. Məlun şeytan araya qarışaraq, olmayan şeyi olmuş kimi göstərə bilər, yuxunu görəni çaşdıra bilər.

Çoxumuzun bildiyi kimi, bir gün Peyğəmbər əfəndimiz Əshabı ilə oturmuşdu. Qüreyşin böyükləri də orada idilər. Rəsulullah əfəndimiz onlara Vənnəcmi surəsini oxudu. Onların bütləri haqqında olan ayəti-kəriməyə gəldikdə, məlun şeytan bütləri tərifləyən bir neçə sözü, o Sərvərin əleyhissalam sözünə əlavə etdi. Dinləyənlər bunları da o Peyğəmbər əfəndimizin sözü zənn etdilər. Orada olan kafirlər bağırmağa başlayaraq, Muhamməd əleyhissalam bizimlə sülh etdi, bütlərimizi təriflədi dedilər. Peyğəmbər əfəndimiz şeytanın sözlərini anlamadı. "Nə oldu sizə?" deyə soruşdu. Əshabı-kiram, siz oxuyarkən bu sözlər də araya qarışdı dedilər. O Sərvər əleyhissalam çox kədərləndi. Dərhal Cəbrayıl əleyhissalam vəhy gətirdi. O sözləri şeytanın qarışdırdığını, keçmişdə bütün Peyğəmbərlərin sözlərinə də qarışdırdığını bildirdi. Allahü təala, o sözləri ayəti-kərimələrin arasından çıxardı.

Göründüyü kimi, Peyğəmbər əfəndimiz həyatda və oyaq vaxtı, şeytan o Sərvərin sözünə öz pis sözlərini qarışdırır və heç kim bunu ayıra bilmir. O Sərvər vəfat etdikdən sonra bir kimsə yuxuda hisləri çalışmaz və yalnız ikən, yuxunun şeytanın qarışmasından qorunduğunu necə anlasın? Doğru olan yuxular çox olur ki, görüldüyü kimi çıxmır, yozmaq lazım gəlir. Deməli, yuxulara qiymət verməmək lazımdır. Hər şey insan oyaq ikən vardır. Bunları oyaq vaxtı görməyə çalışmalıyıq. Oyaq vəziyyətdə görülən, olan şeylərə güvənməliyik. Bunları yozmağa ehtiyac yoxdur. Yuxuda və xəyalda görülən şeylər də, yuxu və xəyaldır."
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
loading...
Oxsar Xeberler:
© 2017. FIALKA.AZ
Profil Sekilleri, Sevgi Sekilleri, Yazili Sekiller, profil sekilleri, yazili sekiller, sevgi sekilleri 2019, sekiller yukle, profil sekilleri 2019, yazili sekiller 2019, yazili sekiller, super yazili sekiller, sevgi yazili sekiller, sekiller yukle, sekiller 2018, maraqli sekiller, gulmeli sekiller, yeni sekiller, romantik sekiller, profil sekilleri, ayriliq sekilleri, dini sekiller, gozel sekiller, instagram sekilleri, xanimlarin sekilleri, xanim sekilleri, xanimlardan sekiller, Qarisiq Menali Sekiller, Qarisiq Sekiller, Qarisiq Sevgi Sekiller, Qarisiq Yazili Sekiller, Menali Yazili Sekiller, Maraqli Menali Sekiller, Profil Wekiller, Wekiller, Yeni Yazili Sekiller, maraqli sekiller yukle, super profil, profil wekiller, status sekilleri yukle, qiz sekilleri, yazili sekiller yukle, gozel sekiller, sekil yukle, yazili sekiller instagram, romantik yazili sekiller, super yazili sekiller, gozel yazili sekiller, ask yazili sekiller, instagram Sekilleri, sekil, sekiller yukle, wekiller, yazili wekiller, instagram wekilleri, wekiller yukle, menalı şekil yükle, status şekilleri yükle, ask sekilleri, sevgi sekilleri, yazili sekil, super profil wekiller, sekiller profil sekilleri , sekiller romantik sekiller, maraqli sekiller yukle, sekiller yukle sekiller, yeni yazili sekiller, yazili sekiller maraqli, sekiller yeni sekiller, qarisiq yazili sekiller, statuslar sevgi statuslari, gozel sekiller instagram, yazili sekiller sekiller, romantik sekiller profil, maraqli yazili sekiller, ayriliq sekilleri dini, sekilleri dini sekiller, profil sekilleri ayriliq, sekiller yazili sekiller, sekiller qarisiq yazili, qiz sekilleri 2018, profil sekilleri menali, instagram sekilleri 2018, menali yazili sekiller yukle, maraqli yazili sekiller yukle, sevgiye aid sekiller, menali yazili sekiller yukle, yazili sekiller instagram 2018, sevgiye aid yazili sekiller, Instagram Sekilleri yukle, sevgi sekilleri yukle, maraqli sevgi sekilleri, yazili sekilleri yukle, darixmaga aid sekiller, maraqli status sekilleri yukle, yazili sevgi sekilleri, menali sozlu sekiller yukle, romantik sevgi sekilleri instagram, darixmaga aid yazili sekiller, maraqli sevgi sekilleri yukle, profil sekli yukle, Sekiller | yazili sekiller | profil sekiller | xanimlardan sekiller