And içmək nə deməkdir
And, qüvvət deməkdir. Sözün, niyyətin, işi görmək və ya görməmək arzusunun qüvvətli olduğunu göstərir. Ən qüvvətli şəkildə söz verməkdir. Bu söz də ancaq Allahü təala üçün verilə bilər. Digər andlar günahdır. Bəziləri "Uşağımın ölüsünü öpüm" kimi andlar verir. Bu, doğru deyildir. And vermək yalnız Allah adıyla edilir. Məsələn, "Vallahi" demək, "Allahın adıyla and içirəm" deməkdir. Sadəcə "And içirəm" demək də and vermək sayılır. O da Allah üçün andiçmədir.