Möminləri qoyub kafirləri dost tutanlar izzət və qüdrəti onlardamı axtarırlar? Şübhəsiz ki, izzət və qüdrət tamamilə Allaha məxsusdur!"
İmam Əli (ə) buyurub:
"Allahdan qeyrisinin vasitəsilə əziz olan zəlildir."
"Bil ki, Allahın müqabilində zəlil olmayan kimsə izzət sahibi deyil. Allah qarşısında əyilməyən heç vaxt ucalmaz."
"Səbr kimi başucalığı yoxdur."
İmam Səccad (ə) buyurub: "Hökm sahiblərinə (Allaha) tabe olmaq başdanbaşa izzətdir."
İmam Sadiq (ə): "İzzət ondadır ki, boynuna haqq gələndə onun müqabilində zəlil və müti olasan."