Aritmiya termini altında inkişaf mexanizmi, təzahürləri və proqnozuna görə müxtəlif olan ürəyin elektrik impulslarının yaranma və keçiricilik pozulmaları birləşir. Aritmiyalar miokardın ardıcıl və müntəzəm yığılmasını təmin edən ürəyin keçirici sisteminin (sinus ritmi) pozulması nəticəsində yaranır. Patologiya ürək fəaliyyətinin və ya başqa orqanların funksiyalarının ağır pozulmalarına səbəb ola; həmçinin özləri müxtəlif ağır xəstəliklərin fəsadı kimi inkişaf edə bilər. Ürəkdöyünmə, ürək fəaliyyətində kənaraçıxmalar və ya dayanma, zəiflik, başgicəllənmə, döş qəfəsində ağrı və ya təzyiq, təngnəfəslik, bayılma ilə təzahür edir. Aritmiyalar vaxtında müalicə olunmadıqda stenokardiya tutmaları, ağciyər ödemi, trombemboliya, kəskin ürək çatışmazlığı, ürəyin dayanmasına səbəb ola bilər.Aritmiyaların profilaktikasının əsas istiqamətləri kardial patologiyaların müalicəsidir; bu patologiyalar, demək olar ki, həmişə ürək ritminin və keçiriciliyinin pozulması ilə ağırlaşır. Bundan başqa, aritmiyaların ekstrakardial səbəbləri (tireotoksikoz, intoksikasiya və hərarət vəziyyətləri, vegetativ disfunksiya, elektrolit disbalansı, stress və s.) dəf edilməlidir. Stimulyasiedici maddələrin (kofein) qəbulu məhdudlaşdırılmaq, siqaretçəkmə və alkoloqdan imtina etmək, antiaritmik və başqa preparatların sərbəst (pasiyent tərəfindən) seçiminə son qoyulmaq tövsiyə olunur.