İnsanlarla necə rəftar etməklə bağlı Məsumlardın (ə) mübarək buyuruşlarına diqqət edək.
Əmirəl-möminin (ə) buyurur: "Peyğəmbər (s) buyurmuşdur ki, Allaha imandan sonra ağlın başlanğıcı - insanlara məhəbbətlərini bildirib, onlarla dost olmaqdır".
İmam Sadiq (ə) buyurur: "Hər kim Allaha görə qardaşı ilə görüşərsə, Allah Təala buyurar: "Mənimlə görüşmüsən və görüşməyinin savabı Məndəndir. Sənin üçün behiştdən başqa savaba razı olmaram"".
İmam Sadiq (ə) buyurur: "Həzrət İsa (ə) dostlarından bəzisinə buyurardı: "O şeyi ki, sənə qarşı etməklərini sevmirsən, başqalarına qarşı etmə"".
İmam Əli (ə) buyurur: "O zaman ki, qardaşınızla görüşürsünüz, əl verin. Onlarla gülərüzlə görüşün ki, bir-birinizdən ayrılan zaman günahlarınız bağışlansın".
İmam Əli (ə) buyurur: "Allah o müsəlmanı sevir ki, özü üçün istədiyini din qardaşı üçün də istəsin. O şeyi ki, özü üçün istəmir - başqası üçün də istəməsin".
Həzrət Peyğəmbər (s) buyurur: "Ən aqil insan o kəsdir ki, insanlara qarşı daha çox mehriban olar. Ən xar insan o kəsdir ki, insanlara xəyanət edər".
İmam Əli (ə) buyurur: "Qonşular sizə Allahın tapşırdıqlarıdır. Peyğəmbər (s) davamlı olaraq qonşuları o qədər tapşırardı ki, biz onların bizdən irs apardığını güman edərdik".
İmam Həsən (ə) buyurur: "İnsanlarla o cür rəftar et ki, səninlə o cür rəftar edilməsini sevirsən".