Bir nəfər Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: "Mənə nəsihət verin!".
Həzrət (s) buyurur: "Get və qəzəblənmə".
Həmin kişi deyir: "Elə bu, mənə kifayətdir".
Sonra qəbiləsinə tərəf geri qayıdır. Görür ki, tayfası arasında müharibə şəraiti yaranmışdır. Silahlarını alıb, cərgəyə qoşulublar. Bu kişi müharibə halını görüb, öz silhaını götürür və onların sırasına qoşulur.
Bu zaman Peyğəmbərin (s) sözü yadına düşür və silahını kənara qoyub, müharibə edən qəbilənin yanına gedir və deyir: "Ey insanlar! Sizin insanlarda mənim öhdəmdə olan hər qətl və yaranlamağa görə nə qədər cərimə varsa, mən ödəməyə hazıram".
Döyüşə hazırlaşan bu insanlar sülhsevər birinin sözlərini eşidən kimi deyirlər: "Biz bu cərimələri istəmirik. Sizin üçün olsun, biz bu cərimələri verməyə sizdən daha layiqliyik (bizim öhdəmizdədir)".
Bu zaman bir-biri ilə sülh bağlayırlar və bu yolla aralarında olan kin yoxa çıxır.