Qurani-Kərim buyurur: "(Sədəqələr) Allah yolunda (cihad, mallarının qarət olunması, uzunmüddətli xəstəlik və ya elm öyrənmək kimi məsələlərə) düçar olub (yaşayışlarını təmin etmək üçün) yer üzündə heç cür səfər edə bilməyən yoxsullar üçündür. Nadan onları çox iffətli (həyalı) olduqları üçün imkanlı hesab edər. Onları üzlərindən tanıyarsan, insanlardan israrla bir şey istəməzlər. Allah şübhəsiz ki, maldan xərclədiyiniz hər bir şeyi biləndir". ("Bəqərə" 273).
Quranın nəzərinə görə, o kəslər daha iffətli hesab olunur ki, maddi ehtiyacları olduğu halda, heç kəsə əl açmır və izzətlərini qoruyurlar.
Onlar çalışırlar ki, başqaları onların yoxsulluğundan xəbərdar olmasın.
Əgər kimsə onların iqtisadi şəraitindən xəbərdar olmasa, onları zəngin və ehtiyacsız hesab edər.
Möminlər də gərək belə adamları tapıb, onlara maddi yardım göstərsinlər.