Alimlər hesab edir ki, ən çox psixi sağlam insanlar heç vaxt spirli içki qəbul etməyən insanlardır. Bu haqda Honkonq Universitetinin mütəxəssisləri xəbər vermişdir. Onlar həmçinin nadir hallarda içki içən insanların psixoloji sağlam olması üçün ondan tamamilə imtina etməsini məsləhət görür.
Az miqdarda alkoqolun istifadə edilməsinin ziyanlarının olub-olmaması fərziyyələri alimlər arasında müzakirə predmeti olaraq qalmaqdadır. Lakin alimlər arasında spitli içkilərdən tam olaraq imtina etmək fikri daha geniş yayılıb.
Spirtli içklərin tərkibində iddia olunan müsbət maddələri digər başqa bir məhsullarda da çox asanlıqla əldə etmək olar və alkoqolun az miqdarda qəbulu belə insan üçün zıyanlı olduğu bildirilir. Bu fikri Vaşinqton Universitetinin və Dünya Sağlamlıq Təşkilatının alimləri təsdiqəyir.
Mütəxəssislər 2019-cu ildə keçirilmiş uyğun tədqiqatlara əsaslanır. Bundan əlavə alimlər hesab edir ki, alkoqolun qəbuluna bəraət qazandırmaq üçün aparılmış elmi araşdırmalar qeyri-dəqiq olaraq aparılmışdır. Yeni elmi işin müəllifləri, alkoqol qəbulunun ürək-damar sistemi üçün təhlükəli olduğunun tam olaraq sübut edildiyini bildirir.
Mütəxəssislər 40 min nəfərin iki növ baza məlumatlarını təhlil etmişdir. Nəticədə məlum olmuşdur ki, psixoloji cəhətdən ən sağlam insanlar heç vaxt alkoqollu içkilərdən istifadə etməyən insanlardır.