Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərdə xəstəliyin kəskinləşməsi mümkündür.
Ürəyi gücləndirmək və ürəyin fəaliyyətini yaxşılaşdırmaq üçün xüsusi dəmləmə resepti.
1 ovuc kişmiş və 10 ədəd ərik qurusunu yaxşı yuyun, əriyi tikələrə doğrayın. Meyvələri termosa tökün, üzərinə 1 l qaynar su tökün, axşamdan səhərə qədər dəmləyin.
Səhər dəmləməni süzün və gün ərzində için. Dəmləməyə şəkər əlavə etməyin.
Ərik və kişmiş ürəyin fəaliyyətini yaxşılaşdıran kaliumla zəngindir. Həmçinin kalium təzyiqi normallaşdırmağa da kömək edir.
Bu dəmləməni ürək xəstəliklərinin profilaktikası məqsədi ilə də içmək olar.
Həmçinin dəmləmə bağırsaqların fəaliyyətinə də çox yaxşı təsir edir, qəbizlikdən xilas edir.