Hər insanın eyni xarakterə malik olmadığı bəllidir. Bu insanların özlərinə qarşı düşüncələrində də özünü göstərir.
Belə ki, bəziləri özlərini dünyanın mərkəzində görür və yalnız öz fikirlərinə əhəmiyyət verirlər.
Həmin bürclərin siyahısını təqdim edir:
5. Oxatan
Bu bürcün nümayəndələri olduqca qəribə insanlardır. Onları həm eqoist, həm də alturist kimi qiymətləndirmək olar. Əgər köməyə ehtiyacınız varsa, oxatan sizin üçün əlindən gələni edəcək.
Lakin onun bu yaxşılıq etmə səbəbi özlərini əvəzolunmaz xilaskar kimi hiss etmək istəmələrindən qaynaqlanır. Lakin əgər yardım etmək onların maraqlarına və eqolarına zərbə vuracaqsa, bunu heç vaxt etməzlər.
4. Qız
Ən mükəmməlliyətçi bürclər siyahısında ilk pillənin sahibi olan qızlar özlərini də mükəmməl hesab edirlər. Ona görə də digərlərinə yuxardan aşağı baxır və hər anlamda özlərini ən yaxşı hesab edirlər.
Onlar insanların ən xırda da olsa qüsurlarını tapıb üzlərinə vurmaqdan həzz alırlar. Bu onların eqolarını bəsləmək üçün tez-tez baş vurduqları taktikadır. Hər kəsin qüsurlu olduğu dünyada qızlar özlərini "kral" kimi görürlər.
3. Buğa
Buğaların tənbəlliyi əslində özlərinə arxayınlıqları və eqolarından qaynaqlanır. Onlar özlərini dünyanın mərkəzində gördükləri üçün başqalarının fikirləri və problemlərini heç vaxt ciddi qəbul etmirlər. Buğaların bu siyahıda olmasının da əsl səbəbi məhz insanların dərdlərinə qarşı münasibətlərindən irəli gəlir. Özlərinin xırda dərdləri belə buğalar üçün dünyanın ən önəmli məsələsidir. Onların fikrincə, digər hər kəs onun problemini həll etmək üçün səfərbər olmalıdır.
2. Qoç
Qoçlar bu siyahıda gümüş medalın sahibləridir. Onların eqoizmini diktator xarakterinə də bənzətmək olar. Əslində qoçlar yalnız özlərini düşünmürlər, sadəcə özlərindən başqa kimsə onları, ümumiyyətlə, maraqlandırmır.
Qoçlar üçün dünya yalnız özlərinin ətrafında fırlanır. Başqalarının fikirlərini dinləsələr belə, sadəcə dinləməklə qalırlar. Və səhv olduqlarını bilsələr belə yenə də eyni yolu gedib, səhv arxasıyca səhv edirlər.
1. Şir
İlk pillənin sahibi olan Şirlər daima diqqət mərkəzində olmağı sevirlər. İstər dost, istərsə də romantik münasibətdə bu vəziyyət dəyişməz olaraq qalır. Əgər harasa getməyə qərar verilibsə, həmin yeri mütləq şirlər təyin etməlidir.
Romantik münasibətdə də bütün qərarları onlar verməlidirlər. Qarşı tərəfin fikrinin onlar üçün önəmi yoxdur. Hətta özlərinin etdikləri şeyləri belə, digərlərinə irad tuta bilirlər. Şirlərin səhvləri də hər kəs üçün başadüşülən olmalıdır. Başqalarının xətalarıysa onlar üçün bağışlanmaz günahdır.