Saç insan görünüşünü tamamlayan ən önəmli vasitələrdən biridir. Eyni zamanda saç orqanizmimizdə ən çox zədəyə məruz qalan bir vasitədir. Buna görə də daim qulluq tələb edir.
Saçlara ən çox ev şəraitində qulluq edilməlidir.
Saçı möhkəmləndirən maska
Armudu sürtgəcdən keçirib, quru saçlarınıza maska etsəniz, onların kökü bərkiyəcək və parıltılı görünəcək.
Tez yağlanan saçlar üçün unikal maska
Kim deyir ki, maska yağlı saçlara təsir etmir?! Banandan sıyıq hazırlayıb, quru saçlara çəkməklə saç kökündəki artıq yağ yaradan piy vəzilərini quruda bilərsiniz.
Diqqət!
Maskanı çəkəndən sonra başa polietilen sellofan bağlayıb, üstündən isidilmiş dəsmal örtün. Maskanı saçdan ilıq su ilə yuyun.