Qeydiyyat

Sekiller, Sevgi, Maraqli, Menali, Yukle, Profil,

Yazili Sekiller, Sekiller Yukle, Profil Sekilleri, Sevgi Sekilleri, Sekil Yukle, Maraqli Sekiller, Menali Sekiller, Profil Ucun, Status Sekilleri,

“Məvəddət” ayəsi

198


"Məvəddət" ayəsi"De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəb-bətindən başqa bir şey istəmirəm". ("Şura" surəsi, ayə 23)

Şeyx Səduqun "Əmali" kitabında bu ayə haqqında İmam Rzadan (ə) nəql olunur ki, İmam Hüseyn (ə) buyurur:

"Mühacir və Ənsarlar Peyğəmbərin yanına gəlib dedilər:

-Sizin və sizin yanınızda olanların xərclərini ödəmək üçün bizim mallarımızdan istifadə et.

Bu vaxt Allah taala Cəbrailin vasitəsilə Peyğəmbərə bu ayəni nazil etdi:

"De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm". ("Şura" surəsi, ayə 23)

Mühacir və Ənsarlar Peyğəmbər (s) ayəni onlara oxuduqdan sonra Peyğəmbərin yanından çıxdılar. Onların içərisində olan münafiqlər belə dedilər: "Peyğəmbər istəyir ki , camaat ondan sonra ailəsinə məhəbbət bəsləsin. O, bu sözləri ilə Allaha iftira atır. Bu Allahın sözləri deyil!"

Münafiqlər bu sözləri ilə böyük günaha batdılar. Bu zaman Allah taala peyğəmbərə (s) digər bir ayəni nazil etdi:

"Yoxsa onlar: "(Məhəmməd) onu özündən uydurmuşdur!"- deyirlər. (Ya Peyğəmbər!) De ki: "Əgər mən onu özümdən uydurmuşamsa, siz məni Allahdan (Allahın əzabından) qurtara bilməzsiniz. O, sizin Quran barəsindəki dedi-qodularınızı daha yaxşı bilir. Mənimlə sizin aranızda onun şahid durması kifayətdir. O, bağışlayan və rəhm edəndir." ("Ənfaq" surəsi, ayə 8)

Peyğəmbər (s) onları yenidən yanına çağırdı və sual etdi:

- Aramızda nəsə baş veribmi?

Onlar cavab verdilər:

- Allaha and olsun ki, bizim aramızda bir neçə nəfər tələsib dedilər ki, biz Məhəmmədin sözünü bəyənmədik!

Bu halda Peyğəmbər (s) onlara yenicə nazil olmuş ayəni oxudu. Onların bir hissəsi ayənin təsirindən ağlamağa başladılar. Daha sonra onların ağlamağı şiddətləndi. Allah taala bu ayəni nazil etdi.

"Bəndələrinin tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən odur" ("Şura" surəsi, ayə 25).

Sözü gedən ayə barədə həmin kitabda yenə İmam Rzadan (ə) nəql olunur:

"Allah taala Əhli-Beytin onun dinindən üz döndərməyib və yollardan azmayacağını bildiyi üçün onların məhəbbətini insanlara vacib etdi.

Əhli-beytə və Allah Rəsuluna (s) məhəbbəti olan kəsi Peyğəmbər (s) sevməməyə qadir deyil. Amma kim Əhli-Beytə məhəbbəti tərk etsə və onlarla düşmənçilik etsə, onda Peyğəmbərə vacib olar ki, həmin şəxslə düşmənçilik etsin.

Ona görə ki, o şəxs Allahın vacib etdiyi əməllərdən birini tərk edib. Çünki Allah taala buyurur:

"De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm". ("Şura" surəsi, ayə 23)

Bu ayə Peyğəmbərə (s) nazil olan zaman O Həzrət (s) səhabələri arasında ayağa qalxıb, Allaha həmd və səna etdikdən sonra buyurdu: "Ey camaat! Allah mənim barəmdə sizə bir vəzifə vacib edib. Siz o vəzifəni yerinə yetirərsinizmi?"

Heç kəs cavab vermədi. Belə olan təqdirdə Peyğəmbər (s) buyurdu: "Ey camaat! Bu vəzifə o deyil ki, siz mənə qızıl gümüş və yemək-içmək verəsiniz".

Camaat soruşdu: "Onda o vəzifə nədən ibarətdir?" Peyğəmbər (s) bu ayəni oxudu:

"De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm". ("Şura" surəsi, ayə 23)

Camaat dedi ki, əgər vəzifəmiz budursa, qəbul edirik.

İmam Rza (ə) sözünə belə davam etdi:

"Camaat söz verməsinə baxmayaraq, əksəri əhdinə vəfa etmədi. Allah bütün peyğəmbərlərə vəhy edib ki, öz qövmünüzdən muzd istəməyin.

Çünki sizin muzdunuzu mən verəcəyəm. Amma Allah taala Peyğəmbərə (s) əmr etdi ki, camaatın Əhli-Beytinə qarşı olan məhəbbətini özünə muzd qərar versin".

Beləliklə, insanların bir dəstəsi əhdinə vəfa edib, Əhli-Beytlə dostluq etdilər. Digər tərəfdən nifaq və ixtilaf əhli olanlar Peyğəmbər (s) Əhli-Beytinə düşmənçilik edib onlardan üz döndərdilər.

Allahın onlara təyin etdiyi hüduddan çıxdılar və belə dedilər: "Peyğəmbərin əqrabasından məqsəd tamam ərəblər və bir də o kəslədir ki, Peyğəmbərin dəvətinə müsbət cavab veriblər".

Əgər bu da düz olsa belə, hər iki surətdə Peyğəmbərin əqrabası ilə dostluq eləmək vacib idi. Həmçinin rəvayətlərdə sabit olub ki, Əhli-Beyt o şəxslərdir ki, onlarla dostluq etmək vacibdir. Əhdinə vəfa edib Əhli-Beyti özlərinə dost tutan kəslər xalis möminlərdir.

Allah taala behişti onlara vacib edib. Çünki Allah taala buyurur:

"...İman gətirib yaxşı işlər görənlər isə cənnət bağçalarında olacaqlar. Rəbbinin dərgahında onlar üçün istədikləri hər şey olacaqdır. Budur ən böyük nemət!" ("Şura" surəsi, ayə 22)

"Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. (Ya Peyğəmbər!) "De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm". ("Şura" surəsi, ayə 23)

Bütün şiə və əksər sünni alimləri bu ayənin Əhli-Beyt haqqında nazil olduğunu qəbul edirlər. Bu cür əhli-sünnə alimlərdən biri də Əhməd ibn Muhəmməd ibn Hənbəl ibn Hilal Şəybani Muruzi Bəğdadidir.

Digəri isə əhli-sünnənin böyük alimlərdən olan Hafiz Əbu Bəkr Muhəmməd ibn İbrahim ibn Munzir Nisaburidir.

Əhməd ibn Hənbəl "Münaqib" kitabında, habelə Hafiz ibn Munzir, Hafiz ibn Əbu Hatim, Hafiz Təbərani, Hafiz ibn Mərduviyyə, Vahidi Mufəssir Sələbi, mufəssir Hafiz Əbu Nəim Bəğəvi, mufəssir və fəqih İbn Məğazim Peyğəmbər səhabəsi olan İbn Əbbasdan belə nəql edirlər:

"Bu ayə nazil olan vaxt Allah Rəsulundan (s) soruşuldu:

- Ya Rəsulullah! Sənə yaxın olanlar kimlərdir ki, onları sevmək bizə vacibdir?

Rəsulullah (s) buyurdu:

- Əli, Fatimə və onların iki övladı Həsən və Hüseyn".

Başqa bir rəvayətdə isə Cabir ibn Abdullah nəql edir:

Bir gün bir bədəvi ərəb (çöl ərəbi) Peyğəmbərin (s) hüzuruna gəlib dedi:

- İslam dinini qəbul etməyi mənə öyrət.

Rəsulullah (s) buyurdu:

- Şəhadət ver ki, Allah birdir. Məhəmməd onun elçisi və bəndəsidir.

Bədəvi ərəb bunu iqrar edəndən sonra dedi:

- Bunun müqabilində məndən muzd istəyirsinizmi?

Allah Rəsulu Xatəmul-Ənbiya Məhəmməd (səllallahu əleyhi və alihi və səlləm) buyurdu:

- Xeyr! Sizdən ancaq yaxınlarıma məhəbbət yetirməyinizi istəyirəm ki, bu mənim peyğəm-bərliyimin müqabilində Allah tərəfindən verilən muzddur.

Bədəvi Ərəb soruşdu:

- Öz yaxınlarımı sevim, yoxsa sizin yaxınlarınızı?

- Mənim yaxınlarımı - deyə Peyğəmbər (s) cavab verdi.

Bədəvi ərəb yenə dedi:

- Ey Allahın Rəsulu! Əlini əlimə ver ki, sən və sənin yaxınlarınla dost olmağıma beyət edim.

Daha sonra:

- Allah səni və sənin yaxınlarını sevməyənlərə lənət etsin- dedi.

Allahın Rəsulu (s) onun bu duasına amin dedi".

Əziz oxucu! Bu hədisdən belə başa düşülür ki, Əhli-Beyti sevməyən şəxsə Peyğəmbərin (s) dilindən olan bu nifrin şamil olar.

"Məvəddə" ayəsi barədə olan digər bir rəvayətdə Təbəri, ibn Əsakir və Hakim Həskani "Şəvahidut-Tənzil" kitabında Əbu Umamədən nəql edirlər ki, Peyğəmbəri-Əkrəm (s) buyurur:

"Həqiqətən Allah taala peyğəmbərləri müxtəlif şəcərələrdən yaratdı. Məni və Əlini isə eyni şəcərədən yaratdı. Belə ki, mən o şəcərənin köküyəm. Əli isə onun budağıdır.

Qızım Fatimə onun mayasıdır. Həsən və Hüseyn isə meyvələridir. Hər kim o şəcərənin budaqlarının birindən yapışsa, nicat tapar. Hər kim o şəcərədən uzaq dursa, həlak olar. Əgər hər hansı bir Allah bəndəsi üç min il Səfa və Mərva arasında Allaha ibadət etsə, amma bizim ardımızca getməzsə, Allah onu üzü üstə cəhənnəmə atacaq"

Daha sonra Peyğəmbər (s) bu ayəni oxudu:

"De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəb-bətindən başqa bir şey istəmirəm". ("Şura" surəsi, ayə 23)

Sözü gedən ayədə "qurba" (qohumlar) sözünün Əhli-Beyt haqqında olmasına dair əhli-sünnənin böyük alimlərindən olan Cəlaləddin Suyuti də "Dərrul-Mənsur" kitabında Səid ibn Cubeyr, Əmir ibn Şueyb və Suddidən nəql edir.

Fəxr Razi öz təfsirində yazır: "Mən deyirəm Peyğəmbərin (s) Əhli-Beyti işlərini daha çox onunla məşvərət edən şəxslərdir".

Buna şübhə yoxdur ki, həqiqətən Əli (ə), Xanım Fatimə (s.ə.), Həsən (ə) və Hüseyn (ə) işlərini daha çox peyğəmbərlə məşvərət edərdilər. Bundan məlum olur ki, Əhli-Beyt bu şəxslərdir.

Əziz oxucu! Bu ayə barəsində sonuncu rəvayəti Şeyx Əbbas Qumminin "Muntəhəl-Amal" kitabından nəql edirik:

"İmam Hüseyn (ə) Kərbəlada şəhid edildikdən sonra, Əhli-Beyti əsir olaraq Suriyanın Dəməşq şəhərinin cami məscidində yerləşdirdilər. Bu zaman şamlı bir qoca onların yanına gəlib dedi:

- Əlhəmdulillah! Allah sizi öldürdü və bizim şəhərləri sizdən azad etdi. Yezidi isə (l.ə) bizim üzərimizə hakim etdi.

Kişi sözünü tamam edəndən sonra imam Səccad Əli ibn Hüseyn (ə) buyurdu:

- Ey qoca! Quran oxuyursanmı?

- Bəli! - deyə cavab verdi.

Həzrət (ə) soruşdu:

- Bu ayəni oxumusanmı?

"De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəb-bətindən başqa bir şey istəmirəm". ("Şura" surəsi, ayə 23)

Qoca:

- Bəli! - deyə cavab verdi.

Həzrət buyurdu:

- Bu ayədə məqsəd bizik! Allah taala Peyğəmbərin (s) risaləti müqabilində insanlara bizə məhəbbət bəsləməyi vacib etmişdir.

İmam (ə) yenə soruşdu:

- Bəs bu ayəni oxumusanmı?

"Qohum əqrabaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) musafirlərə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola səpələmə!" ("İsra" surəsi, ayə 26)

Kişi dedi:

- Bəli!

Həzrət buyurdu:

- "Qurba" (qohumlar) sözündən məqsəd bizik (Əhli-beyt)! Allah Peyğəmbərə haqqımızı bizə əta etməyi əmr edir.

Həzrət (ə) yenə soruşdu:

- Bu ayəni necə?

"(Ey möminlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün - iki dəstənin bir-biri ilə qarşılaşdığı gün (bədr günü) bəndəmizə (Məhəmmədə) nazil etdiyimiz ayələrə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin onun qohum əqrabasının, yetimlərin, yoxsulların və yolçularındır (pulu qurtarıb yolda qalanlar). Allah hər şeyə qadirdir" ("Ənfal" surəsi, ayə 41) - oxumusanmı?

- Bəli - deyə kişi cavab verdi.

İmam (ə) buyurdu:

- Bu ayədə qohum-əqrabadan məqsəd bizik.

Sonra Həzrət (ə) sözünə davam edərək buyurdu:

- Bəs bu ayəni oxumusanmı?

"Siz ey (Peyğəmbərin) ev əhli (əhli-beyti) Allah sizdən bütün çirkinlikləri yox etmək və sizi tər-təmiz pak etmək istər" ("Əhzab" surəsi, ayə 33)

Kişi yenə:

- Bəli- dedi.

Həzrət (ə):

- Bu ayədə "Əhli-Beyt"dən məqsəd bizik! Allah taala bizim paklığımızı təsdiq edir.

İmam Səccad (ə) sözlərini bitirdikdən sonra qoca ağlamağa başladı və dediyi sözlərə görə peşman oldu. Hətta əmmaməsini başından götürüb yerə atdı. Sonra üzünü səmaya tutub belə dedi:

- İlahi, insan və cinlərdən olub Ali-Muhəmmədlə düşmənçilik edənlərdən sənə pənah aparıram.

Daha sonra qoca kişi peşman halda üzünü İmama (ə) tutub dedi:

- Əgər tövbə etsəm, tövbəm qəbul olarmı?

- Bəli- deyə İmam Səccad (ə) cavab verdi.

Bununla da kişi tövbə etdi. Amma bu xəbər Yezidə (Allah ona lənət eləsin) çatdıqda həmin kişini qətlə yetirdi".

Əziz oxucular! Gördüyünüz kimi bu əhvalat da yuxarıda qeyd etdiyimiz ayənin Əhli-Beyt haqqında olduğunu təsdiq edir.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
loading...
Oxsar Xeberler:
© 2017. FIALKA.AZ
Profil Sekilleri, Sevgi Sekilleri, Yazili Sekiller, profil sekilleri, yazili sekiller, sevgi sekilleri 2019, sekiller yukle, profil sekilleri 2019, yazili sekiller 2019, yazili sekiller, super yazili sekiller, sevgi yazili sekiller, sekiller yukle, sekiller 2018, maraqli sekiller, gulmeli sekiller, yeni sekiller, romantik sekiller, profil sekilleri, ayriliq sekilleri, dini sekiller, gozel sekiller, instagram sekilleri, xanimlarin sekilleri, xanim sekilleri, xanimlardan sekiller, Qarisiq Menali Sekiller, Qarisiq Sekiller, Qarisiq Sevgi Sekiller, Qarisiq Yazili Sekiller, Menali Yazili Sekiller, Maraqli Menali Sekiller, Profil Wekiller, Wekiller, Yeni Yazili Sekiller, maraqli sekiller yukle, super profil, profil wekiller, status sekilleri yukle, qiz sekilleri, yazili sekiller yukle, gozel sekiller, sekil yukle, yazili sekiller instagram, romantik yazili sekiller, super yazili sekiller, gozel yazili sekiller, ask yazili sekiller, instagram Sekilleri, sekil, sekiller yukle, wekiller, yazili wekiller, instagram wekilleri, wekiller yukle, menalı şekil yükle, status şekilleri yükle, ask sekilleri, sevgi sekilleri, yazili sekil, super profil wekiller, sekiller profil sekilleri , sekiller romantik sekiller, maraqli sekiller yukle, sekiller yukle sekiller, yeni yazili sekiller, yazili sekiller maraqli, sekiller yeni sekiller, qarisiq yazili sekiller, statuslar sevgi statuslari, gozel sekiller instagram, yazili sekiller sekiller, romantik sekiller profil, maraqli yazili sekiller, ayriliq sekilleri dini, sekilleri dini sekiller, profil sekilleri ayriliq, sekiller yazili sekiller, sekiller qarisiq yazili, qiz sekilleri 2018, profil sekilleri menali, instagram sekilleri 2018, menali yazili sekiller yukle, maraqli yazili sekiller yukle, sevgiye aid sekiller, menali yazili sekiller yukle, yazili sekiller instagram 2018, sevgiye aid yazili sekiller, Instagram Sekilleri yukle, sevgi sekilleri yukle, maraqli sevgi sekilleri, yazili sekilleri yukle, darixmaga aid sekiller, maraqli status sekilleri yukle, yazili sevgi sekilleri, menali sozlu sekiller yukle, romantik sevgi sekilleri instagram, darixmaga aid yazili sekiller, maraqli sevgi sekilleri yukle, profil sekli yukle, Sekiller | yazili sekiller | profil sekiller | xanimlardan sekiller