• Fialka.az Artiq Istifadenizdedir

  • Sayta Bacaqli Adminka Axtarilir

  • Yeni Yarislar Maraqli Lahiyyeler

  Login
  Online
Admin
Admin
21:33:22

Canbey,
gelecek tezlikle pul buraxacam tanidilmasi ucun
Canbey
Canbey
19:48:22

Admin,
çox sağol. məndə çalışıram ki bura insanlar gəldikdə maraqlı olsun yəni insanlar xəbərləri oxuduqdan sonra qalan vaxtları darıxdırıcı keçməsin
Admin
Admin
19:29:54

Canbey,
mende yaxshiyam yaxshi onuda yigaram hel ederem
Canbey
Canbey
09:04:38

Allaha sukur yaxsiyam sen necesen?
Canbey
Canbey
09:01:57

Admin,
yaxsidi qaqa amma sayta adamlar axin edende esas sehifede xeber kimi cat paylasarsan amma ele et ki chat daima en ustde qalsin ki xeberler paylasilanda gozden itmesin
Admin
Admin
21:01:01

Canbey,
necesen. bu yaxshidir yoxsa deyisib basqa cure edim
Canbey
Canbey
15:28:53

əleyki salam qaqa smile
Admin
Admin
11:55:07

salamlar

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.
0

Bütün xeyirlərin açari...

Isdifadeci: Admin Tarix: 03 mart 2019 в 20:13 Baxilib: 33
Bütün xeyirlərin açari...


Allah-Taala "Bəqərə" surəsinin 269-cu ayəsində buyurur:

يُؤتِي الْحِكْمَةَ مَن يَشَاء وَمَن يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الأَلْبَابِ

"Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir bəxş edilmişdir. Bunu ağıllı adamlardan başqası dərk etməz!"

NÖQTƏLƏR

Ayədə qeyd olunan "əlbab" sözü beyin mənasını verən "lubb" sözünün cəm formasıdır. Heç də bütün insanlar "ulul-əlbab" - düşüncə sahibi? Ağıllı adam sayılmır. Yalnız ağlını işə salanlar, həqiqi səadət yolunu tapanlar düşüncə sahibi və ağıllı adam adlanır.

Hikmət dedikdə mərifət, sirlərin tanınması, həqiqətlərdən xəbərdarlıq, həqiqətə çatmaq nəzərdə tutulur. Allah-Taala bəzi insanlara onların paklığı, təqvası və təlaşına görə hikmət əta edər. Onlar bu hikmət vasitəsilə şeytani vəsvəsələri ilahi ilhamlardan seçər, quyunu yoldan, şüarı şüurdan fərqləndirərlər. Böyük və çoxlu xeyir məhz budur!

Rəvayətdə oxuyuruq: "Hikmət mərifət və dində "təfəqquh"-dərrakədir. Hikmət Allaha itaət, məsum rəhbərləri tanımaq və kəbirə günahlardan çəkinməkdir." ("Təfsiri-Nurus-səqəleyn", 1-ci cild, səh.287.)

BİLDİRİŞLƏR

1. Var-dövlət xeyir olsa da, çoxlu xeyir hikmət, bəsirət və fərqləndirmə gücünə sahib olmaqdır. Bu xeyirdən infaq edənlər böyük xeyrə çatar.

2. Şeytan fəqirlik, Allah isə bağışlanma və fəzl vəd edir. Amma bu iki yoldan hər birini tanımaq və seçmək üçün hikmət lazımdır.

3. Dünya bütün var-dövləti ilə cüzidir ("Nisa"/77). Hikmət isə çoxlu xeyirdir. Əgər hikmət və bəsirətə çatmaq üçün bütün maddi imkanlar fəda olunsa, buna dəyər.

4. Hikmət ən böyük hədiyyə və bütün xeyirlərin açarıdır. Hikmətə çatan şəxs bir çox şeylərə çatacaq.

5. Dünyapərəstlər var-dövlət və maddi hesablara arxalanır, xeyir-zərəri maddi baxımdan ölçürlər. Amma ağıllı adamlar, uzaqgörənlər və düşüncəli yol tanıyanların hesabı başqa baxımdandır. ("Təfsiri-nur", Ustad Möhsin Qəraəti, "Bəqərə" surəsi, 269-cu ayənin təfsiri.)
dle

Related news

related-news

Add comment

Имя:*
E-Mail:
fikir
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Введите код: *