• Fialka.az Artiq Istifadenizdedir

  • Sayta Bacaqli Adminka Axtarilir

  • Yeni Yarislar Maraqli Lahiyyeler

  Login
  Online
Admin
Admin
21:33:22

Canbey,
gelecek tezlikle pul buraxacam tanidilmasi ucun
Canbey
Canbey
19:48:22

Admin,
çox sağol. məndə çalışıram ki bura insanlar gəldikdə maraqlı olsun yəni insanlar xəbərləri oxuduqdan sonra qalan vaxtları darıxdırıcı keçməsin
Admin
Admin
19:29:54

Canbey,
mende yaxshiyam yaxshi onuda yigaram hel ederem
Canbey
Canbey
09:04:38

Allaha sukur yaxsiyam sen necesen?
Canbey
Canbey
09:01:57

Admin,
yaxsidi qaqa amma sayta adamlar axin edende esas sehifede xeber kimi cat paylasarsan amma ele et ki chat daima en ustde qalsin ki xeberler paylasilanda gozden itmesin
Admin
Admin
21:01:01

Canbey,
necesen. bu yaxshidir yoxsa deyisib basqa cure edim
Canbey
Canbey
15:28:53

əleyki salam qaqa smile
Admin
Admin
11:55:07

salamlar

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.
0

Namaz və təharət (paklıq) şərti

Isdifadeci: Admin Tarix: 03 mart 2019 в 20:08 Baxilib: 68
Namaz və təharət (paklıq) şərti


Namaza daxil olmaq üçün ruhun, libasın və cismin təmizliyinə, paklığına və başqa müqəddimələrə ehtiyac var.

Müqəddimələr dedikdə, namazdan öncə əməl olunası işlər nəzərdə tutulur:

Təharət (paklıq)

İnsan namaz qılarkən pak olmalıdır: bəzən dəstəmaz alınır, bəzən qüsl verilir, bə'zən də təyəmmüm olunur. Dəstəmaz imandan sayılır. İmam Baqir (ə) buyurur: "Dəstəmazsız namaz namaz deyil."[1]

Bəzi rəvayətlərdə dəstəmaz "imanın açarı" və "imanın yarısı" adlanır.[2]

İmam Rza (ə) buyurur:

1. Dəstəmaz bəndənin Allah qarşısında ədəbidir. Namaz vaxtı Allah qarşısında insan pak halda durmalıdır;

2. Nəcasət və çirkinlikdən paklanmalı;

3. Bundan əlavə dəstəmazla yorğunluq və yuxululuq aradan götürülür (əhval-ruhiyyə yaranır);[3]

4. Qəlbi və ruhu Allahın qarşısında ibadətə hazırlamaq.

İmam Rza (ə) bu hədisdə dəstəmazın bütün ruhi və fiziki yönlərinə, yəni paklığa, ruhi hazırlığa, ibadət üçün ruhiyyə və mənəvi zəmin yaranmasına işarə edir.

Mərhum Feyz Kaşani yazır: "Bir dəfəyə maddiyyatdan mənəviyyata köç etmək çətindir. Lakin dəstəmaz insanı tədricən hazırlayır."[4]

Bütün hallarda dəstəmazlı olmaq:

Dəstəmaz sayəsində əldə edilən batini səfa və nur çox dəyərlidir. Buna görə rəvayətlərdə təkid olunur ki, insan daim dəstəmazlı olsun. Dəstəmaz nura oxşadılır.[5] Dəstəmazlı yatmaq gecəni ibadət üçün oyaq qalmaq hesab olunur.[6]

Dua, Quran tilavəti, ziyarət və bir çox başqa xeyir işlər və ibadətlər zamanı dəstəmazlı olmaq tövsiyə edilir.[7]

Dəstəmazsız Quran ayələrinə, Allahın adlarına əl vurmaq qadağandır.[8] Əgər Allahın adı müxtəlif şəkillərdə (məsələn, bayraqda, gerbdə) yazılarsa, yenə də həmin hökm qüvvədə qalır.

Dəstəmaz Allah dərgahına giriş icazəsi kimidir. Onun ayrı-ayrı hissələri üçün kitablarda xüsusi dualar bəyan olunmuşdur. Dəstəmaz məsələləri çoxdur. Burada onların hamısını açıqlaya bilmirik. Lakin qeyd etmək lazımdır ki, dəstəmaz zamanı suyu israf etmək haramdır. Allahın Rəsulu (s) buyurur: "Dəstəmaz üçün 10 "sir" (1 sir 75 qramdır), qüsl üçün 3 kq. su bəsdir. Lakin gələcəkdə mənim yolumun əksinə gedib bu miqdarı az sayaraq, çox su istifadə edən şəxslər olacaq."[9]

Namazda paklıq bir neçə mərhələdən ibarətdir:

Çirk və nəcasətdən zahiri paklıq;

Üzvlərin günahdan paklığı;

Ruhun əxlaqi fəsaddan paklığı.[10] Necə ki, dualarda oxuyuruq: "İlahi, qəlbimi şirkdən pak et." Namazda paltarın və bədənin pak olması lazımdırsa, demək, ondan da zəruri qəlbin və ruhun təkəbbür, riya, həsəd və kindən paklanmasıdır. Məgər zahirlə batinin fərqli olması münafiqlik deyil?

Qüsl:

Bəzən dəstəmaz əvəzinə qüsl edilməlidir. Bu hallardan biri cənabət halıdır. Risalələrdə göstərildiyinə uyğun olaraq, bütün bədən yuyulmalıdır. Bəzi hədislərdə deyilir ki, cənabət zamanı hər bir tükün altından və bütün bədəndən sperma xaric olur.[11] Sidiyin isə xüsusi və dar kanalı var. Bəlkə də elə buna görə qüsl edərkən bütün bədən yuyulmalıdır. Ya da bu hədislər cənabət zamanı simpatik sinirlərin bütün bədəndə fəaliyyət göstərməsinə işarədir.

Təyəmmüm:

Dəstəmaz və ya qüsl üçün su olmadıqda, vaxt çatışmadıqda, suyun sağlamlığa ziyanı olduqda, suyun qiyməti həddindən artıq baha olduğu üçün ala bilmədikdə, içmək üçün lazım olduqda və bu kimi digər hallarda təyəmmüm edilməlidir. Yəni risalələrdə göstərilmiş qaydaya uyğun olaraq əllərin iç üzü pak torpağa vurulur, sonra alına və əllərin arxasına çəkilir. Təyəmmüm edilən torpaq pak olmalıdır! ("Namazın sirləri" kitabından, Ustad Möhsün Qəraəti, səh.65-67.)

[1] "Vəsailuş-şiə", 1-ci cild, səh.256.

[2] "Muhəccətul-bəyza", 1-ci cild, səh.281.

[3] "Vəsailuş-şiə", 1-ci cild, səh.257

[4] Bax: "Muhəccətul-bəyza", 1-ci cild, səh.281.

[5] Bax: "Qisarul-cuməl", 1-ci cild, səh.311.

[6] Bax: "Vəsailuş-şiə", 1-ci cild, səh.266.

[7] Bax: "Tovzihul-məsail", dəstəmaz bölməsi.

[8] Bax: "Tovzihul-məsail", dəstəmaz bölməsi.

[9] "Muhəccətul-bəyza", 1-ci cild, səh.301.

[10] "Muhəccətul-bəyza", 1-ci cild, səh.281.

[11] "Muhəccətul-bəyza", 1-ci cild, səh.308; "Uyuni əxbarir-Riza", 2-ci cild, səh.105.
dle

Related news

related-news

Add comment

Имя:*
E-Mail:
fikir
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Введите код: *