• Fialka.az Artiq Istifadenizdedir

  • Sayta Bacaqli Adminka Axtarilir

  • Yeni Yarislar Maraqli Lahiyyeler

  Login
  Online
File engine/modules/online/onlinee.php not found.
0

İslam – insansevər məktəb

Isdifadeci: Admin Tarix: 03 mart 2019 в 19:54 Baxilib: 83
İslam – insansevər məktəb


Allah-Taala Qurani-Kərimin "Bəqərə" surəsinin 272-ci ayəsində buyurur:

لَّيْسَ عَلَيْكَ هُدَاهُمْ وَلَـكِنَّ اللّهَ يَهْدِي مَن يَشَاء وَمَا تُنفِقُواْ مِنْ خَيْرٍ فَلأنفُسِكُمْ وَمَا تُنفِقُونَ إِلاَّ ابْتِغَاء وَجْهِ اللّهِ وَمَا تُنفِقُواْ مِنْ خَيْرٍ يُوَفَّ إِلَيْكُمْ وَأَنتُمْ لاَ تُظْلَمُون

"(Ya Peyğəmbər!) Onların (insanların) hidayəti sənin öhdəndə deyildir. Sənin vəzifən çatdırmaq, qorxutmaq, müjdə vermək və dəlil gətirməkdən ibarətdir). Lakin (Öz hikmət və rəhmətinə uyğun olaraq) Allah kimi istərsə, onu hidayət edər. (Allah yolunda) nə mal xərcləyirsinizsə, öz xeyrinizədir və Allahın razılığını qazanmaqdan başqa bir şey üçün xərcləmirsiniz. (Odur ki, malların ənyaxşısını xərcləyin və minnət də qoymayın). (Allah yolunda) xərclədiyiniz malın əvəzi kamilsurətdə sizə veriləcək, sizə əsla zülm olunmayacaqdır (haqqınızdan kəsilməyəcəkdir)."

NÖQTƏLƏR

"Məcməul-bəyan" təfsirində və Fəxr Razinin təfsiri kitabında bu ayənin nazilolma səbəbi haqqında qeyd olunur ki, müsəlmanlar müşrik və qeyri-müsəlman yoxsula infaq və yardım barədə şəkkə düşdükləri vaxt bu ayə nazil oldu.

Həzrət Peyğəmbər (s) və Əhli-beytin (ə) həyat yolunda qeyri-müsəlmanlara infaq və yardım nümunələri ilə rastlaşırıq. Hətta bu ilahi şəxsləri təhqir edənlər və ya onların haqqını qəsb edənlər də onlar tərəfindən xeyirxahlıq görürdülər.

BİLDİRİŞLƏR

1. Kafirlərin iman gətirməsi üçün iqtisadi təzyiqlərdən, infaq və yardımın tərk olunmasından istifadə etməyin.

2. Hidayət yalnız hazırlıqlı qəlblərə şamil olan ilahi müvəffəqiyyətdir.

3. Məhrumların halına yanmaq insanlıq vəzifəsidir. Bu səbəbdən də, qeyri-müsəlmanlar infaqdan məhrum edilməməlidir.

4. İslam insansevər bir məktəbdir. Bu din hətta qeyri-müsəlmanlara münasibətdə də fəqirliyi və məhrumluğu bəyənmir.

5. Allah yolunda infaq və yardımın faydası insanın özünə qayıdar. Bu iş onda səxavət ruhunu dirçəldər. İnfaq vasitəsi ilə təbəqələrarası ixtilaf və ictimai partlayışların qarşısı alınar. Bu yolla cəmiyyətdə məhəbbət yaranar. İnfaq insanın malını azaltmır, əksinə onun paklığına səbəb olur.

6. Yalnız Allahın razılığı üçün xərc çəkin. Çünki bu dünyaya aid olan bütün faydalar bir gün aradan gedəcək, Allah razılığı üçün görülən işlər isə daim bəhrəli qalacaqdır.

7. Var-dövlətdə xeyir var.

8. Allah yolunda infaq və yardım edərkən əliniz və qəlbiniz açıq olsun. Çünki infaq etdiklərinizi son zərrəsinədək geri alacaqsınız.

9. Qiyamətdə o insanlar faydalanır ki, məqsədləri yalnız Allahın razılığı olmuşdur. ("Təfsiri-nur", Ustad Möhsin Qəraəti, "Bəqərə" surəsi, 272-ci ayənin təfsiri.)
dle

Related news

related-news

Add comment

Имя:*
E-Mail:
fikir
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Введите код: *