• Fialka.az Artiq Istifadenizdedir

  • Sayta Bacaqli Adminka Axtarilir

  • Yeni Yarislar Maraqli Lahiyyeler

0

Şeytan insandan nə zaman əl çəkir

Isdifadeci: Admin Tarix: 01 mart 2019 в 12:26 Baxilib: 92
Şeytan insandan nə zaman əl çəkir


İnsan doğulan zaman pak və təmiz olmasına baxmayaraq, şeytan (lən) onun bu cür qalmasına razı olmaz. Çünki əsil vəzifəsi - insanı Allahın yolundan sapdırmaqdır. Bütün səy və cəhdləri insanı günaha tərəf çəkmək yolunda olar. Bu yolda heç bir şeyi əsirgəməz. Qoşununun ən mahir nökərlərini səfərbər edər və insana tərəf hücum edər.

Bu mübarizə insanın ömrünün sonuna qədər davam edər. Haqla batilin mübarizəsi olaraq. O zaman ki, insan can verər, şeytan (lən) yenə insandan əl çəkməz və onu cəhənnəmə salmaq üçün son cəhdlərini edər. Yalnız o zaman ki, insanın ruhu artıq bədənini tərk edər, bu zaman şeytan həmin insandan əl çəkər. Çünki artıq öz rəzil vəzifəsini yerinə yetirmişdir, səylərinin yaxşı və ya pis nəticələnməsi isə insanın iradəsindən və imanının səviyyəsindən asılıdır.

Bəs nə edək ki, günahdan uzaq dura bilək? Axı Allah bizi behişt üçün xəlq etmişdir!

Din alimlərinin tövsiyələrindən belə nəticəyə gəlmişik ki, əgər bu əməlləri yerinə yetirə bilsək, günahdan uzaq dura bilərik:

- Fikir və düşüncələri kontrol etmək.

- Gözü və qulağı nəzarətdə saxlamaq.

- Rabitələrimizi və dediyimiz sözləri nəzarətdə saxlamaq.

- Ailə qurmaq; çünki, evlilik bizə hüzur gətirər.

- Hicab xanımları iffətli edər.

- İbadət və dua Allaha yaxınlaşdırar.

- Düzgün örnəklər seçmək.

- Nalayiq insanlarla dost olmaqdan çəkinmək.

- Əhli-Beyti (ə) sevmək.

- Allahı və nemətlərini yada salmaq.

- Ölümü və Qiyaməti yada salmaq.

- İbrət götürmək və nəsihət eşitməyi bacarmaq.

Əlbəttə, bu əməlləri yerinə yetirmək asan olmasa da, ancaq mümkünlüdür.

Çünki bu əməlləri yerinə yetirib, şeytanın (lən) tələlərindən uzaq olan insanların sayı tarixdə az deyildir. Bəs biz niyə onlardan olmayaq ki?!
dle

Related news

related-news

Add comment

Имя:*
E-Mail:
fikir
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Введите код: *