Qeydiyyat

Sekiller, Sevgi, Maraqli, Menali, Yukle, Profil,

Yazili Sekiller, Sekiller Yukle, Profil Sekilleri, Sevgi Sekilleri, Sekil Yukle, Maraqli Sekiller, Menali Sekiller, Profil Ucun, Status Sekilleri,

Bu 16 amil insanı Allahın qürb məqamına yaxınlaşdırar

1 226
Bu 16 amil insanı Allahın qürb məqamına yaxınlaşdırar


Qurani-Kərim kamil səma Kitabı olaraq, bizlərə Allaha yaxın olmağın yollarını göstərir və bizi bu yollara tərəf hidayət edir. Quran buyurur ki, hər kim Allaha yaxın olarsa, İlahi sifətlərə bürünər.

əməldə Allahı razı salan əməllər yerinə yetirər. Danışan zaman Allahın dili ilə danışar. Belə ki, Allah bu insanda Öz sifətlərini təcəlli etdirər. Bu insan yer üzərində Allahın xəlifəsi olar.

"Onlardır həqiqi möminlər! Onlar üçün Rəbblərinin yanında (dünyada və axirətdə Allaha yaxınlıq və mənəvi kəramətlərdən ibarət) dərəcələr, bağışlanma, gözəl və bəyənilmiş ruzi vardır". ("Ənfal" 4).

"İman gətirən, hicrət edən və Allah yolunda malları və canları ilə cihad edənlərin Allah yanında məqam və dərəcələri çox böyükdür və onlar həmin nicat tapanlardır". ("Tövbə" 20).

1. Allaha yaxınlaşmağın ilk amili - iman və itaətdir. Hər kim Allaha iman bəsləyər və imanı səbəbindən Ona itaət edərsə, Allaha bir addım yaxın olar.

"Və onlara ayələrimizi (səmavi kitabın maarifini, yaxud duanın qəbul olunması məqamını) verdiyimiz, lakin (etiqadda küfr və əməldə nankorluq nəticəsində) onlardan xaric olan, beləliklə şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin (Musanın zamanında yaşamış alim Bəl'əm Bauranın) hekayətini oxu. Əgər istəsəydik, həmin ayələrin vasitəsi ilə onu(n məqamını) mütləq (məcburi şəkildə) ucaldardıq. Lakin o(nu bəşəriyyətin yol seçməkdə ixtiyar sahibi olması ənənəsinə uyğun olaraq azad qoyduq və o) alçaqlığa meyil edərək, yerə ürək bağladı və öz nəfsi istəklərinə tabe oldu.

Buna görə də onun hekayəti (o) susuz və ya yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən də dilini çıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət verməyin - birdir). Bu, Bizim ayələrimizi təkzib etmiş dəstənin məsəlidir. Odur ki, bu hekayəti nəql et, bəlkə düşündülər". ("Əraf" 175-176).

2. Allah yaxınlaşmağın ikinci addımı - İlahi ayələrə əməl edib, Quranın ardıcılı olmaqdır.

3. Bundan sonrakı addım - təqvadır. Hər kim imana malik olar, Allaha və Qurana itaət edər və buyurduqlarına əməl edər - təqvaya sahib olar. "De: "Sizə bunlardan da xeyirlisini xəbər verimmi? Təqvalılar üçün Rəbbi yanında (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər vardır ki, orada əbədidirlər. Həmçinin (orada cismi və ruhi çirkinliklərdən) pak olan zövcələr və Allah tərəfindən razılıq vardır. Allah Öz bəndələrini görəndir"". ("Ali-İmran" 15).

4. Sonrakı addım - Qiyamətə diqqət etməkdir. "Elə isə əgər kafir olsanız, uşaqları (qorxunun şiddətindən) ağ saçlı qocaya döndərən gün(ün əzabın)dan necə qorunacaqsınız?! Göy o günün (şiddətinin) səbəbindən yarılacaqdır. (Bəli,) Onun vədi yerinə yetəsidir.

Həqiqətən, bu (ayələr) öyüd-nəsihətdir, belə isə, kim istəsə öz Rəbbinə tərəf bir yol tutar (seçər)". ("Muzzəmmil" 17-19).

5. Allahı razılığını qazanmağa çalışmaq - sonrakı addımdır. "Belə isə, heç Allahın razılığına tabe olan şəxs, (haqqa) Allahın qəzəbi ilə qayıtmış və yeri cəhənnəm olan şəxs kimidir?! Ora çox pis bir dönüş yeridir". ("Ali-İmran" 162).

6. Allah qorxusu, Onun qəzəbindən xof - növbəti addımdır. "Onun rəhmətinə ümid bəsləyir və Onun əzabından qorxurlar. Həqiqətən sənin Rəbbinin əzabı qorxulası və çəkiniləsidir". ("İsra" 57).

7. Haqqa inanmaq. "Pak sözlər (pak sözlərdən ibarət olan tövhidə və əqidə üsullarına etiqad) On(un dərgahın)a tərəf yüksələr və pak sözü isə yaxşı əməl yuxarı qaldırar". ("Fatir" 10).

8. Namaz. "Həmin o kəslər ki, namaz qılar və onlara ruzi olaraq verdiyimizdən (həm maddi və həm də mənəvi ruzilərindən Allah yolunda) xərcləyərlər". ("Ənfal" 3).

9. Quranın təzəkkürləri. "Şübhəsiz, bu (deyilənlər) bir öyüd-nəsihətdir, belə isə, kim istəsə (bu öyüd-nəsihəti qəbul edib ona əməl etməklə) öz Rəbbinə tərəf bir yol tutar". ("İnsan" 29).

10. Səcdə. "(Öz Rəbbinə) səcdə et və Ona yaxın ol!". ("Ələq" 19).

11. Übudiyyət. "Və Səmud qövmünə onların (qan və ya qəbilə) qardaşları Salehi (göndərdik). O, dedi: "Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin Ondan başqa bir tanrınız yoxdur. Sizi (ilk ata və ananızı bilavasitə, onların nəslini isə vasitə ilə) yerdən (torpaqdan) yaradan və sizə orada həyat verən və sizdən oranı abadlaşdırmağınızı istəyən Odur. Buna görə də, Ondan (günahlarınız üçün) bağışlanmaq diləyin, sonra (yaxşı əməllərlə) Ona tərəf qayıdın. Şübəsiz, mənim Rəbbim (Öz bəndələrinə) yaxın və (onların dualarını) qəbul edəndir". ("Hud" 61).

12. İtaətdə irəlidə olmağa çalışmaq. "(Üçüncü dəstə, imanda) öncül (təqvada) qabaqcıllar! Onlar (Allahın dərgahına) yaxın olanlardır". ("Vaqiə" 10-11).

13. Allah yolunda mücadilə edənlər. "Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız". ("Maidə" 35).

14. Şəhadət. "Allah yolunda öldürülənləri əsla ölü zənn etmə! Əksinə, onlar diridirlər və onlara Rəbbi yanında ruzi verilir". ("Ali-İmran" 169).

15. Saleh əməl. "(Bütün bunlar ona görədir ki,) iman gətirən və yaxşı işlər görənlərə mükafat versin. Məhz onlar üçün bağışlanmaq və çox dəyərli bir ruzi vardır". ("Səba" 4).

16. Bütün bu deyilənlərə malik olan insan - kamil insandır. "O kəslər ki, (nəhayət) öz Rəbblərinə qovuşacaqlarını və mütləq Ona tərəf qayıdacaqlarını bilirlər". ("Bəqərə" 46).

Deməli, kamil olan insan - Allaha ən yaxın olan insandır. Ona görə də xilqətin əsil hədəfi olan kamala çatmağa çalışaq və bu yolda səy göstərək. Ancaq o zaman İlahi qürb məqamını əldə etmiş olarıq.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
loading...
Oxsar Xeberler:
© 2017. FIALKA.AZ
Profil Sekilleri, Sevgi Sekilleri, Yazili Sekiller, profil sekilleri, yazili sekiller, sevgi sekilleri 2019, sekiller yukle, profil sekilleri 2019, yazili sekiller 2019, yazili sekiller, super yazili sekiller, sevgi yazili sekiller, sekiller yukle, sekiller 2018, maraqli sekiller, gulmeli sekiller, yeni sekiller, romantik sekiller, profil sekilleri, ayriliq sekilleri, dini sekiller, gozel sekiller, instagram sekilleri, xanimlarin sekilleri, xanim sekilleri, xanimlardan sekiller, Qarisiq Menali Sekiller, Qarisiq Sekiller, Qarisiq Sevgi Sekiller, Qarisiq Yazili Sekiller, Menali Yazili Sekiller, Maraqli Menali Sekiller, Profil Wekiller, Wekiller, Yeni Yazili Sekiller, maraqli sekiller yukle, super profil, profil wekiller, status sekilleri yukle, qiz sekilleri, yazili sekiller yukle, gozel sekiller, sekil yukle, yazili sekiller instagram, romantik yazili sekiller, super yazili sekiller, gozel yazili sekiller, ask yazili sekiller, instagram Sekilleri, sekil, sekiller yukle, wekiller, yazili wekiller, instagram wekilleri, wekiller yukle, menalı şekil yükle, status şekilleri yükle, ask sekilleri, sevgi sekilleri, yazili sekil, super profil wekiller, sekiller profil sekilleri , sekiller romantik sekiller, maraqli sekiller yukle, sekiller yukle sekiller, yeni yazili sekiller, yazili sekiller maraqli, sekiller yeni sekiller, qarisiq yazili sekiller, statuslar sevgi statuslari, gozel sekiller instagram, yazili sekiller sekiller, romantik sekiller profil, maraqli yazili sekiller, ayriliq sekilleri dini, sekilleri dini sekiller, profil sekilleri ayriliq, sekiller yazili sekiller, sekiller qarisiq yazili, qiz sekilleri 2018, profil sekilleri menali, instagram sekilleri 2018, menali yazili sekiller yukle, maraqli yazili sekiller yukle, sevgiye aid sekiller, menali yazili sekiller yukle, yazili sekiller instagram 2018, sevgiye aid yazili sekiller, Instagram Sekilleri yukle, sevgi sekilleri yukle, maraqli sevgi sekilleri, yazili sekilleri yukle, darixmaga aid sekiller, maraqli status sekilleri yukle, yazili sevgi sekilleri, menali sozlu sekiller yukle, romantik sevgi sekilleri instagram, darixmaga aid yazili sekiller, maraqli sevgi sekilleri yukle, profil sekli yukle, Sekiller | yazili sekiller | profil sekiller | xanimlardan sekiller