• Fialka.az Artiq Istifadenizdedir

  • Sayta Bacaqli Adminka Axtarilir

  • Yeni Yarislar Maraqli Lahiyyeler

0

Bəndəlik hissini dərk etmək üçün məşq etmək

Isdifadeci: Admin Tarix: 26 fevral 2019 в 19:12 Baxilib: 61
Bəndəlik hissini dərk etmək üçün məşq etmək


Günümüz - səhəri axşam və axşamı səhər etməkdən ibarətdir. Səhərdən axşama qədər iş görürük, dərs oxuyuruq, ruzi qazanmaqla məşğul oluruq... Axşamdan səhərə qədər də yatırıq ki, səhərki işləri görmək üçün gücümüz və taqətimiz olsun. Bu,bizim həyat tərzimizdir.

Kitab oxuyuruq, dostlarımızla danışırıq, internetdə axtarışlar edirik, telefonun düymələri ilə oynayırıq... Fəqət bunlar.

Bəs başqalarına yardım etmək, dua və münacat, bəs Allahı yada salmaq və Onu zikr etmək necə?

Biz adətən o işlərlə məşğul oluruq ki, dünya ilə bağlı olar. Yaxşı, gündüzü belə keçirtdik, bəs axşam?

Heç olmasa axşamı ki, yatağa uzanırıq, bir qədər təfəkkür üçün vaxt ayıraq. Özümüz, Allahımız, əməllərimiz, bəndəliyimiz barəsində düşünək. Hər kim bu qızıl saatlardan bəhrələnərsə, qalib olar. Mən demirəm ki, mütləq gecəni gedib məsciddə ibadətlə məşğul olaq. Xeyr.

Dediyim budur ki, heç olmasa yatağa uzanın zaman təfəkkür üçün müəyyən zaman ayıraq.

Məgər Allah Öz Kitabında buyurmur ki, dünya - oyun-oyuncaq dünyasıdır, heç olmasa onun gecələrindən fayda aparın. O kəslər ki, ölü kimi yataqlarında yatarlar - onlar ziyan görənlərdirlər.

Nə qədər əminsən ki, sən də onlardan biri deyilsən? Heç bu dünyandan axirətin üçün istifadə etdiyindən əminsənmi? Ya Allah bəndəsi olmağından?

Gərək çalışaq ki, bəndəlik hissini dərk etmək üçün təmrin edək. Dəqiqələrdən başlayaraq, saatlara çataq. Günün müəyyən hissəsini özümüz üçün, öz mənəvi inkişafımız üçün ayıraq.

Odur ki, gün ərzində özümüzə vaxt ayırmağı təmrin edək. Düşünək, təfəkkür edək, inkişaf edək.
dle

Related news

related-news

Add comment

Имя:*
E-Mail:
fikir
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Введите код: *