• Fialka.az Artiq Istifadenizdedir

  • Sayta Bacaqli Adminka Axtarilir

  • Yeni Yarislar Maraqli Lahiyyeler

  Login
  Online
Admin
Admin
21:33:22

Canbey,
gelecek tezlikle pul buraxacam tanidilmasi ucun
Canbey
Canbey
19:48:22

Admin,
çox sağol. məndə çalışıram ki bura insanlar gəldikdə maraqlı olsun yəni insanlar xəbərləri oxuduqdan sonra qalan vaxtları darıxdırıcı keçməsin
Admin
Admin
19:29:54

Canbey,
mende yaxshiyam yaxshi onuda yigaram hel ederem
Canbey
Canbey
09:04:38

Allaha sukur yaxsiyam sen necesen?
Canbey
Canbey
09:01:57

Admin,
yaxsidi qaqa amma sayta adamlar axin edende esas sehifede xeber kimi cat paylasarsan amma ele et ki chat daima en ustde qalsin ki xeberler paylasilanda gozden itmesin
Admin
Admin
21:01:01

Canbey,
necesen. bu yaxshidir yoxsa deyisib basqa cure edim
Canbey
Canbey
15:28:53

əleyki salam qaqa smile
Admin
Admin
11:55:07

salamlar

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.
0

İsmi-əzəmə – Allahın əzəmətli adına işarə edən Quran ayələri

Isdifadeci: Admin Tarix: 26 fevral 2019 в 19:04 Baxilib: 74
İsmi-əzəmə – Allahın əzəmətli adına işarə edən Quran ayələri


Allahın əzəmətli adı - o addır ki, onun haqqındakı elm ancaq Məsumlara (ə) məxsusdur. Təkcə Məsumlar (ə) Allahın əzəmətli adını kamil şəkildə bilirlər. Belə ki, hər kim bu əzəmətli adı bilər, Allahın izni ilə dua və hacətləri yerinə yetər və fövqəladə işlər görməyə qadir olar.

Din alimlərinin bu adla bağlı iki nəzəri vardır. Bir dəstə alimlər buyurur ki, Allahın əzəmətli adı "Allah" sözü ilə başlayıb, "huvə" sözü ilə bitir. Ancaq başqa nəzərdə olan alimlər buyurur ki, Allahın əzəmətli adı söz şəklində ola bilməz. Bəlkə söz olmaqdan daha üstün həqiqətə malikdir. İnsan özünü tərbiyə edərək, ibadət və İlahi tövfiq sayəsində onu öyrənə bilər.

Birinci dəstə alimlərin nəzərinə görə, Quranın beş ayəsi Allahın əzəmətli adına işarə edən ayələrdir. Onlarla tanış olaq:

1. "Ayətül-kürsü"nün ayələri:

اَللَّهُ لا اِلهَ إلاَّ هُوَ الْحَیُّ القَیُّومُ

2. "Ali-İmran" surəsinin 2-3-cü ayələri.

اَللَّهُ لا اِلهَ إلاَّ هُوَ الحَیُّ القَیُّومُ نَزَّلَ عَلَیْکَ
الْکِتَابَ بِالْحَقِّ، مُصَدِّقاً لِما بَیْنَ یَدَیْهِ، واَنْزَلَ
التَّوْریهَ وَالْإِنْجیلَ مِنْ قَبْلُ هُدیً لِلنَّاسِ، وَاَنْزَلَ
الْفُرْقانَ

3. "Nisa" surəsinin 87-ci ayəsi:

اللَّهُ لا اِلهَ إلاَّ هُوَ لَیَجْمَعَنَّکُمْ اِلی یَوْمِ الْقِیمَهِ
لارَیْبَ فیهِ، وَمَنْ اَصْدَقُ مِنَ اللَّهِ حَدیثاً
4. "Taha" surəsinin 8-ci ayəsi:

اَللَّهُ لا اِلهَ إلاَّ هُوَ، لَهُ الْأَسْمآءُالْحُسْنی

5. "Təğabun" surəsinin 13-cü ayəsi:

اَللَّهُ لا اِلهَ إلاَّ هُوَ، وَعَلَی اللَّهِ فَلْیَتَوَکَّلِ الْمُؤْمِنُونَ

İmam Baqir (ə) buyurur: "Allahın əzəmətli adı 73 hərfdən ibarətdir. Asəfin yanında onların biri var idi. O, həmin hərflə danışdı və nəticədə yer onunla Bilqeysin taxtı arasında açıldı və taxtı öz əli ilə götürdü. Sonra yer bir göz qırpımından az vaxtda əvvəlki halına qayıtdı.

Bizim yanımızda isə əzəmətli adın 72 hərfi vardır. Bir hərf Allah Təalanın yanındadır ki, qeyb elmində onu özünə aid etmişdir".
dle

Related news

related-news

Add comment

Имя:*
E-Mail:
fikir
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
Введите код: *